Icma.az
close
up
RU
Skuter sürənlər bu hallarda 40 manat CƏRİMƏLƏNƏCƏK

Skuter sürənlər bu hallarda 40 manat CƏRİMƏLƏNƏCƏK

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son illərdə elektrik skuterləri şəhər həyatında populyar nəqliyyat vasitələrindən birinə çevrilib.

BAKU.WS xəbər verir ki, hərəkət rahatlığı və gündəlik istifadə üçün əlverişliliyi bu vasitələri Bakı sakinləri arasında geniş yayılmasına səbəb olub.

Xüsusilə sıxlıq və tıxaclarda qalmaq istəməyənlər elektrik skuterləri qısa məsafələr üçün sürətli həll və ictimai nəqliyyata alternativ kimi istifadə edir.

Qeyd edək ki, Bakıda 31 küçə və prospekt üzrə 35 km uzunluğunda velosiped yolları yaradılıb, bu rəqəmin mərhələlərlə təxminən 100 km-ə çatdırılması nəzərdə tutulur. Salınan yoldan həm velosiped, həm də skuter sürənlər rahat şəkildə istifadə edirlər.

Bu innovativ nəqliyyat vasitələrinin geniş istifadəsi müəyyən qaydaların tətbiqini və pozuntulara görə cərimələrin müəyyənləşdirilməsini də zəruri edir. Bəzi skuterlərdən istifadə zamanı qayda pozuntusuna yol verəcəyini bilmirlər.

Elektrik skuterləri ilə bağlı hansı qaydalar mövcuddur və pozuntulara görə hansı cərimələr tətbiq edilir?

Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli BAKU.WS-ə bildirdi ki, elektrik skuterlərinin düzgün idarə edilməsi yalnız hərəkət təhlükəsizliyinin təmin edilməsi üçün deyil, həm də piyadaların və digər nəqliyyat vasitələrinin hüquqlarının qorunması baxımından vacibdir:

"Azərbaycanda elektrik skuterlərindən istifadəyə dair xüsusi qaydalar mövcuddur. Bu qaydalar sürət məhdudiyyətindən tutmuş, təhlükəsizlik tədbirlərinə qədər geniş çərçivəni əhatə edir.

AR İXM-nin 338-ci maddəsinə əsasən kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni avtomagistral hesab edilməyən ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa digər zolaqlarla hərəkət edilməsinə;

velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət edilməsinə;

yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına;

svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə;

sükan olduğu halda, sükanı tutmadan nəqliyyat vasitəsinin idarə edilməsinə;

nasaz nəqliyyat vasitəsindən istifadə edilməsinə;

piyadaların hərəkətinə maneə yaradılmasına;

sərnişin daşınmasına;

keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə - 40 manat məbləğində cərimə nəzərdə tutulub".

Orxan Hüseyn

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:368
embedMənbə:https://baku.ws
archiveBu xəbər 27 Yanvar 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri