Icma.az
close
up
RU
Slavik Alxasov: “İkinci dövrəyə stabil start verə bilmədik”

Slavik Alxasov: “İkinci dövrəyə stabil start verə bilmədik”

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Araz-Naxçıvan"ın futbolçusu Slavik Alxasov apasport.az saytına müsahibə verib. 

- "Araz-Naxçıvan" son matçda "Sabah"la bərabərə qaldı. Bu matç haqda fikrin necədir? Səncə, ədalətli nəticə idi, yoxsa qalib gəlməyə daha yaxın idiz?
- Son tura çox ciddi hazırlaşmışdıq. İstəyirdik ki, qələbə qazanaraq yerimizi daha da rahatlaşdıraq. Amma alınmadı, təəssüf ki, bir xal qazandıq. Elə oyun idi ki, onlar da uda bilərdi, biz də. 

- Artıq "Zirə" ikinci yeri təmin etdi özünə və siz bu pilləyə çıxa bilməyəcəksiz. Bəs, 3-cü pilləni qorumaq alınacaq səncə? "Turan Tovuz" təhlükəsini yəqin ki, hiss etmirsiz? Çünki onlar uğursuz çıxış edir...
- Bizim tək istəyimiz hazırda üç oyundan maksimum nəticə qazanmaqdır. Bununla da üçüncü pilləni tutmaq istəyirik. Ümid edirik ki, hər şey yaxşı alınacaq. 

- Komanda 20-ci turdan sonra yalnız 1 matçda qalib gəlib, o da "Sumqayıt"la görüşdür. Səncə, bunun səbəbi nədir? Niyə komanda qələbə qazana bilmir?
- İkinci dövrəyə stabil start verə bilmədik. Amma futbolda yüksəliş də var, eniş də. Həmişə belə olub. İndi şansımız var ki, çempionatı üçüncü pillədə başa vuraq. Biz yalnız komanda olaraq buna köklənmişik. Əlimizdən gələni də edirik. 

- "Araz-Naxçıvan" növbəti turda "Qarabağ"la qarşılaşacaq. Bu görüş haqda nə düşünürsən? Səncə, qələbə qazana biləcəksiz?
- Bizim üçün səfərdə çətin oyun olacaq. Rəqibin çempion olmasına baxmayaraq, çətin səfər görüşüdür. Biz bu oyuna tam köklənəcəyik. Hazırlıqlarımız da davam edir. 

- Bu sezon "Qarabağ"a qarşı oyunlar sizin üçün gərgin keçir. Ümumiyyətlə, bu iki komandanln oyunlarının gərgin keçməsi nə ilə əlaqədardır? Kubokdakı uğursuzluğun revanşını bu dəfə almaq olar "Qarabağ"dan?
- Gərgin və prinsipial deməzdim. Amma oyunlarımız maraqlı keçir. Rəqibimiz güclü komandadır. Ona görə də, həmişə onlara qarşı çox yaxşı hazırlaşmalısan. Kubok görüşümüz isə artıq arxada qalıb. Komanda okaraq bu oyunda maksimum nəticə istəyirik. 

- Necə düşünürsən, bu heyətiniz avrokuboklar üçün yetərlidir? Sən dəfələrlə oynamısan avrokuboklarda. Səncə, bu heyətiniz avrokuboklarda mərhələ kçeə biləcək gücdədir?
- Heyətimiz həqiqətən yaxşıdır. Mehriban kollektivə sahibik. Avrokuboklar üçün yetərli və ya yetərsiz olduğunu, ən yaxşısını məşqçilər heyəti bilər. Onlar bilir bu məsələləri. Bu dəqiqə biz mövsümün son üç oyununa köklənmişik.

Xankəndi stadionunda təmir-bərpa işləri intensivləşib "Qarabağ"ın məşqçisi 5 oyunluq cəzalanıb Qismət Alıyev "Zirə"ni ziyana saldı Messi, Ronaldo, yoxsa Lamin Yamal... - "Ən yaxşı" futbolçu kimdir? AFFA Premyer Liqa klublarını cərimələdi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://apasport.az
archiveBu xəbər 07 May 2025 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri