Slovakiya Rusiyanın nüvə enerjisinə qarşı sanksiyaların qarşısını alacaq
Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Baş nazir: “Slovakiyanın nüvə proqramına xələl gətirə biləcək sanksiyalar qəbuledilməzdir”
Avropa İttifaqı (Aİ) Rusiyanın nüvə enerjisinə qarşı sanksiyalar qəbul etmək qərarına gələrsə, Slovakiya qərarı bloklayacaq. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fiko bildirib.
“Əgər gələcəkdə Rusiyaya qarşı hər hansı sanksiyalar qəbul olunarsa və bu, sülhməramlı nüvə enerjisi proqramına aiddirsə, mən bu sanksiyaların qarşısını alacam”, - o, Aİ sammitindən sonra deyib.
Fiko qeyd edib ki, Slovakiyanın atom elektrik stansiyaları Rusiya mənşəlidir: “Ölkələr arasında əməkdaşlığın çoxdan ənənəsi var və Slovakiyanın nüvə proqramına xələl gətirə biləcək sanksiyalar qəbuledilməzdir”, Baş nazir vurğulayıb.
Qeyd edək ki, Slovakiyada iki atom elektrik stansiyası var: Moçovçe və Boqunitse.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 20 Dekabr 2024 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















