Icma.az
close
up
RU
“Slovakiya Rusiyaya məxsus deyil, biz Avropanın bir hissəsi olmaq istəyirik...“

“Slovakiya Rusiyaya məxsus deyil, biz Avropanın bir hissəsi olmaq istəyirik...“

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Bu qüvvələr Gürcüstan və Ukraynada çevrilişlər etmək təcrübəsinə malikdir..."

Slovakiyada hökumətin kremlyönümlü siyasətinə qarşı etiraz hərəkatı qızışır.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, dünən ölkənin təxminən 30 şəhərində, o cümlədən Bratislava, Poprad, Banska-Bistritsa, eləcə də Polşa, Almaniya, Çexiya və İrlandiyada genişmiqyaslı aksiyalar başlayıb.

Təşkilatçıların hesablamalarına görə, Brarislavada təxminən 60 min insan küçələrə çıxıb. Bu, iki həftə əvvəl keçirilən aksiyadakı iştirakçıların sayından təxminən dörd dəfə çoxdur. Etirazçıların əsas şüarı "Slovakiya  Avropadır" oldub. Nümayişçilərin əsas tələbi isə ölkənin baş naziri Robert Fitsonun istefasıdır.

"Slovakiya Avropaya məxsusdur. Biz dəyərlər baxımından Avropanın bir hissəsi olmaq istəyirik. Biz Rusiyaya məxsus deyilik, heç bir halda Rusiya ilə əməkdaşlıq etmək istəmirik və bu, bizim mövqeyimizdir. Biz bu mövqeyi nəzakətlə, lakin məsuliyyətlə ifadə etməliyik", - Bratislava paytaxtında keçirilən mitinqdə çıxış edən "Ukrayna üçün sülh" təşkilatının icraçı direktoru Marian Kuliç bildirib.

Fitso açıq şəkildə bəyan edib ki, müxalifət hökumət binalarını zəbt etmək, yolları bağlamaq, ümummilli tətil təşkil etmək və polis ilə qarşıdurmalar yaratmaq planı çərçivəsində onun hökumətini devirmək məqsədilə tədbirlər görür.

"Biz elə bir struktur görürük ki, bu toplantılardan, mitinqlərdən əsasən dövlətin təhlükəsizlik qüvvələri ilə mümkün qarşıdurmalar yaratmaq, gərginliyi daha da artırmaq, təcavüzü genişləndirmək üçün istifadə etmək istəyir. Bu, təşkilatçıların hazırladığı planın reallaşdırılmasına yönəlib", o, bildirib.

Slovakiya baş naziri həmçinin ölkənin Təhlükəsizlik Şurasının iclasını çağırıb və müxalifəti hakimiyyətin dəyişdirilməsini planlaşdıran xarici strukturlarla əlaqələrdə ittiham edib.

Onun sözlərinə görə, bu qurumlar Gürcüstanda və Ukraynada "bu cür çevrilişlər" təşkil etmək təcrübəsinə malikdir. Fitso əlavə edib ki, yaxın günlərdə respublika ərazisində olan "xarici təlimatçıların" ölkədən çıxarılması üçün hazırlıqlara başlanacaq.

Fitso 2023-cü ildə dördüncü dəfə baş nazir olub. Onun tənqidçiləri hökumətin demokratik dəyərləri zəiflətdiyini, xarici siyasəti Avropa İttifaqı və NATO müttəfiqlərindən uzaqlaşdıraraq Rusiya ilə yaxınlaşdırdığını iddia edir. Ölkədə etirazların son dalğası keçən ilin dekabr ayında Fitsonun Moskvaya səfərindən sonra başlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Yanvar 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri