Slovakiya səfirliyində görüş keçirildi FOTO
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
28 iyul 2026-cı il tarixində Təşkilatımızın sədri polkovnik Cəlil Xəlilovun başçılıq etdiyi nümayəndə heyəti Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin dəvəti ilə Səfirliyin müşaviri cənab Vladimir Jezek və hərbi attaşe polkovnik Juraj Beskid ilə görüş keçirilmişdir.
Redaktor.az xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Slovakiya arasında dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə veteran təşkilatları arasında əlaqələrin qurulması və möhkəmləndirilməsi məsələsi müzakirə olundu. Müzakirə zamanı polkovnik Cəlil Xəlilov Təşkilatımızın Slovakiyanın müvafiq veteran təşkilatları ilə əməkdaşlıq əlaqələrinin yaradılmasında və inkişaf etdirilməsində maraqlı olmasını diqqətə çatdırdı, qarşılıqlı səfərlərin, işgüzar görüşlərin və birgə tədbirlərin təşkili ölkələrimiz arasında humanitar və tarixi əməkdaşlığın genişlənməsinə, eləcə də veteran hərəkatı sahəsində təcrübə mübadiləsinə mühüm töhfə verəcəyinə əminliyini bildirildi.
Bu məqsədlə, gələcəkdə qarşılıqlı görüşlərin keçirilməsinə və əməkdaşlıq istiqamətlərinin müzakirəsini məqsədəuyğunluğu vurğulandı, eyni zamanda, İkinci Dünya müharibəsində iştirak etmiş azərbaycanlı hərbi qulluqçuların taleyinin araşdırılması və tarixi irsimizin qorunması istiqamətində Slovakiya Respublikasının arxivlərində mövcud olan müvafiq sənəd və məlumatların bizim Təşkilata təqdim olunması və ya bu məlumatların əldə edilməsinə dəstək göstərilməsi xahiş edildi. Bu materialların tarixi həqiqətlərin öyrənilməsi və soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsi baxımından böyük elmi və mənəvi əhəmiyyət daşımasınası qeyd etdi.

Görüşün sonunda polkovnik Cəlil Xəlilov Slovakiya Səfirliyinin rəhbər heyətinə görüşün təşkilinə görə təşəkkür etdi və əməkdaşlığımızın gələcəkdə ikitərəfli ələqələrə töhfə verəcəyinə əminlik bildiridi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 28 İyul 2026 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















