Icma.az
close
up
RU
Sloveniya yaşıl enerji nin ötürülməsi layihəsinə qoşulmağa hazırdır

Sloveniya yaşıl enerji nin ötürülməsi layihəsinə qoşulmağa hazırdır

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Sloveniya “Black Sea Energy” sualtı enerji kabeli layihəsinin həyata keçirilməsini dəstəkləyir və bu layihədə iştirakının mümkün formalarını öyrənməyə açıqdır.

Globalinfo.az bildirir ki, bu barədə “Report”a Sloveniyanın Ətraf Mühit, İqlim və Energetika Nazirliyindən məlumat verilib.

Qurumdan bildirilib ki, Azərbaycanla əməkdaşlığın perspektivli istiqamətlərindən biri “yaşıl enerji”nin inkişafıdır.

“Bərpa olunan enerji mənbələri və hidrogen də daxil olmaqla, digər “təmiz texnologiya”lar sahəsində qarşılıqlı əlaqələrin təşviq edilməsi, Sloveniya və Azərbaycanın Energetika nazirlikləri arasında 2025-ci il aprelin 4-də imzalanmış Anlaşma Memorandumunun məqsədlərindən biridir”, – nazirlikdən bildirilib.

Sloveniya, həmçinin bu ölkədən olan şirkətlərin həm ölkə daxilində, həm də xaricdə, o cümlədən Azərbaycanda bərpa olunan enerji mənbələri (BOEM) sahəsində investisiya fəaliyyətini dəstəkləyir.

Nazirlikdən qeyd edilib ki, Sloveniyanın enerji şirkətləri, xüsusilə ötürücü sistem operatorları (TSO) ağıllı şəbəkələr sahəsində novator kimi özlərini təsdiqləyiblər.

Həmçinin oxuyun:

Prezident mühüm forumda iştirak etdi – YENİLƏNİB

“Biz ağıllı şəbəkələr, hidrogen enerjisi, enerji saxlanc sistemləri və BOEM-in enerji sisteminə inteqrasiyası sahəsində əməkdaşlığın istənilən formalarını dəstəkləyirik. Bu istiqamətlər həmçinin elmi-tədqiqat institutlarının, o cümlədən Azərbaycanla tərəfdaşlıq çərçivəsində iştirakını da əhatə edə bilər”, – nazirlikdən bildirilib.

Sloveniya, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında hidrogen sahəsində əməkdaşlığın dərinləşməsini alqışlayır və bu qarşılıqlı əlaqənin genişləndirilməsi ilə bağlı gələcək müzakirələrə hazır olduğunu bildirir.

“Biz energetika sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi yollarının yeni müzakirələrini səbirsizliklə gözləyirik”, – qurumdan qeyd edilib.

Bundan əlavə, Azərbaycanın COP29 konfransına uğurlu sədrliyi ayrıca qeyd edilib, onun bərpa olunan enerji sahəsində liderlik nümayiş etdirdiyi və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) fəaliyyətində fəal iştirak üçün ölkənin əla mövqedə olduğu vurğulanıb.

Qeyd edək ki, “Black Sea Energy” layihəsi Qafqazdan Avropaya “yaşıl enerji”nin ötürülməsi üçün sualtı kabelin çəkilməsini nəzərdə tutur. 2022-ci ilin dekabrında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan layihə çərçivəsində strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar. 2023-cü ildə Bolqarıstan təşəbbüsə qoşulmaq niyyətində olduğunu bildirib.

2024-cü ilin mayında Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın enerji operatorları “Black Sea Energy” layihəsinin həyata keçirilməsi çərçivəsində birgə müəssisənin yaradılması haqqında memorandum imzalayıb. Sentyabrda dörd ölkənin enerji operatorları – “Azərenerji” ASC, “Transelectrica SA”, “Gürcüstan Dövlət Elektrosistemi” və MVM arasında bu layihəni həyata keçirəcək “Green Energy Corridor” birgə müəssisəsinin təsis edilməsi haqqında səhmdar müqaviləsi imzalanıb.

İlkin mərhələdə kabel 4 QVt-a qədər “yaşıl enerji”nin ixracı üçün nəzərdə tutulub. “Qara dəniz enerji kabeli”nin tikintisi 3,5 milyard avro dəyərində qiymətləndirilir və 3-4 il çəkəcək. Avropa Komissiyası layihəyə 2,3 milyard avro ayırmağı planlaşdırır. Texniki-iqtisadi əsaslandırmanın (TİƏ) 2025-ci ilin üçüncü rübündə tamamlanması gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 İyul 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see207

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see171

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri