Icma.az
close
up
RU
Şlyapa Zahid barəsində hökm qüvvədə saxlanıldı

Şlyapa Zahid barəsində hökm qüvvədə saxlanıldı

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müdafiə Nazirliyinin hazırda başqa cinayətə görə məhkəməsi gedən məşhur sabiq zabiti Zahid Niftəliyevin (Şlyapa Zahid) əvvəlki hökmündən verdiyi şikayətə baxılıb.

Ölkə.az-ın "Report”a istinadən xəbərinə görə, "Şlyapa Zahid” kimi tanınan Zahid Niftəliyev barəsindəki 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə ilə bağlı qərardan kassasiya şikayəti verib.

Ali Məhkəmədə İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Zahid Niftəliyev və onunla birgə ittiham olunan Elsevər Niftəliyevin barəsindəki hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, Z. Niftəliyev külli miqdarda rüşvət almaqda ittiham edilib. Tərtər Hərbi Məhkəməsi isə onun əməlini daha yüngül maddəyə tövsif edib. Hökmə əsasən, Niftəliyev 10 min manat cərimə cəzasına məhkum edilib.

Bundan sonra, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış yeni cinayət işi üzrə Zahid Niftəliyev həbs edilib. Gəncə Apellyasiya Məhkəməsinin yeni qərarı ilə isə "Şlyapa Zahid” 8 il 6 ay, onunla birgə ittiham olunaraq əvvəlki məhkəmədə bəraət alan "N" saylı hərbi hissənin giziri Elsəvər Niftəliyev 8 il azadlıqdan mərhum edilib.

İttihamları nə "Şlyapa Zahid”, nə də Elsəvər Niftəliyev qəbul edir. Hər ikisi bəraət tələbi ilə Ali Məhkəməyə müraciət ediblər.

Qeyd edək ki, Zahid Niftəliyev DTX tərəfindən tutulduğu iş üzrə 42 milyon manat mənimsəmədə ittiham olunur. Hazırda həmin işlə bağlı məhkəmə araşdırması aparılır.

Zahid Niftəliyev Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı kimi tanınır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Dekabr 2024 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see398

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see394

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see363

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see350

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see320

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see292

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see275

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see268

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see252

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see247

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see240

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see233

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see222

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see220

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see213

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see211

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see202

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see199

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see198

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri