Icma.az
close
up
RU
“Şlyapa Zahid” Nəcməddin Sadıkovu məhkəməyə çağırdı 42 milyon manat kimin cibindədir?

“Şlyapa Zahid” Nəcməddin Sadıkovu məhkəməyə çağırdı 42 milyon manat kimin cibindədir?

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Müdafiə Nazirliyinin sabiq işçisi, “Şlyapa Zahid” kimi tanınan Zahid Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

 Tribunainfo.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə istintaqa cəlb olunmuş Zahid Niftəliyev 42 milyon manatlıq mənimsəmədə ittiham olunur.

Prosesdə Zahid Niftəliyevin vəkili Əli Adıgözəlov vəsatətlə çıxış edib. Vəkil əvvəlcə Zahid Niftəliyevin mobil telefon məlumatlarının əldə olunması barədə mobil operatorlardan birinə sorğu göndərilməsini istəyib. Vəkil qeyd edib ki, Zahid Niftəliyev kredit əldə etmək üçün müraciət etməyib, “AtaBank”da olmayıb:
“Biz onun mobil telefonunun anten məlumatlarının, telefon danışıqlarının əldə olunmasını istəyirik. Səbəb isə odur ki, müəyyən edək o, banka gedib, ya yox.”

Vəsatətə münasibət bildirən hakimlər heyəti qərarı elan edib. Qərara görə, vəsatət təmin edilməyib.

Daha sonra vəkil Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun, ləğv edilmiş “AtaBank”ın İdarə Heyətinin keçmiş sədri Dəyanət Quliyevin və həmin bankın kassiri Barat Hüseynovun məhkəməyə çağırılması barədə vəsatət verib. Bu vəsatətlər də təmin edilməyib.

Bundan sonra vəkil bildirib ki, Zahid Niftəliyev Birinci Qarabağ müharibəsində iştirak edib və ona II dərəcəli əlillik təyin edilib. O, məhkəmədən qərar qəbul edilərkən bu məsələlərin nəzərə alınmasını xahiş edib. Məhkəmə bu vəsatəti təmin edib.

Daha sonra Mahir Rəfiyevin ibtidai istintaq zamanı verdiyi ifadə elan olunub. O bildirib ki, “AtaBank”ın səhmdarlarından biri olub. Onun ifadəsinə görə, keçmiş vergilər naziri Fazil Məmmədovun göstərişi ilə “AtaBank”dan Nəcməddin Sadıkovun göndərdiyi şəxsə kreditin təyin olunmasını təmin edib. O, ifadəsində qeyd edib ki, Nəcməddin Sadıkovun göndərdiyi, “Şahin-CO” MMC-nin təsisçisi olduğunu bildiyi Zahid Niftəliyevə krediti rəsmiləşdirib.

Daha sonra Mahir Rəfiyevin ifadəsinə münasibət bildirən Zahid Niftəliyev deyib ki, o, iki dəfə şirkətin ləğv olunması ilə bağlı olduğu deyilən sənədləri imzalayıb:
“İndi mən başa düşdüm ki, onlar mənə oyun oynayıblar. Mən Fazil Məmmədov işdən çıxandan sonra bildim ki, adıma kredit var.”

Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib. Azadlığa buraxıldıqdan sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən yenidən həbs olunub.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən, Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq “AtaBank” ASC-dən götürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq üçün “Şahin-CO” adlı şirkət yaradıb, şirkətin təsərrüfat və maliyyə vəziyyəti barədə “AtaBank” ASC-yə müvafiq məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub.

O, götürülmüş kreditin, ləğv prosesində olan “AtaBank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də ayrıca cinayət işi ayrılıb.

Proses iyunun 25-də davam edəcək.


Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 19 İyun 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri