Icma.az
close
up
RU
“SMTS” MMC nin 18 illik UĞUR TARİXİ “Yüksək binalarla yüksəkliklərə doğru!” FOTO

“SMTS” MMC nin 18 illik UĞUR TARİXİ “Yüksək binalarla yüksəkliklərə doğru!” FOTO

Icma.az, Yenicag portalına istinadən məlumatı açıqlayır.

Yüksək binalarla yüksəkliklərə doğru!

“SMTS” MMC 18 ildir ki, “Yüksək binalarla yüksəkliklərə doğru!” sloqanı ilə tikinti sektorunda Baş Podratçı inşaat şirkəti olaraq fəaliyyət göstərir. 2007-ci il, fevral ayının 5-də dövlət qeydiyyatından keçən şirkət əməyin təhlükəsizliyi, ətraf mühitin qorunması və yüksək keyfiyyəti rəhbər tutaraq sənaye və mülki binaların inşasını həyata keçirir. Bu müddətdə nəinki Azərbaycan, ümumiyyətlə Qafqazda öz unikallığı, fərqliliyi ilə seçilən mühüm inşaat layihələrinə imza atıb. Regionda ilk olaraq Bakıda inşa olunmuş, 90 dərəcə dönən bina kimi tanınan, Əmlak Məsələləri Dövlət Xidmətinin 33 mərtəbəli “Property Tower Baku” İnzibati binasını, Cənubi Qafqazın ən hündür göydələni hesab edilən 50 mərtəbəli “Baku Tower” İş mərkəzini, Qalaaltı Otel&SPA İstirahət və Müalicə Kompleksini, Aselsan Şirkətinin sifarişi ilə inşa olunan, Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsi binasının tikintisini və s. buna nümunə göstərmək olar.

Beynəlxalq təcrübə!

“SMTS” MMC baş podratçı olaraq “Turner”, “Hıll”, “Obermeyer”, “SGS”, “RWDI”, “Hoffman Jans”, “Gensler”, “Maurer” və s. beynəlxalq layihələndirmə, mühəndislik və konsaltinq şirkələri ilə iş təcrübəsinə malikdir. Bunun nəticəsidir ki, beynəlxalq tələblərə uyğun keyfiyyətli, təhlükəsiz, plana uyğun tikinti-quraşdırma işlərini apara bilən yerli mühəndis-texniki heyətə malikdir. Şirkət tikinti-quraşdırma işlərini beynəlxalq standartlara, açarlı təhvil prinsipinə uyğun həyata keçirir. Həmçinin inşa etdiyi mülki və sənaye binalarında xüsusi proqram təminatına malik Bina İdarəetmə Sistemi (BMS) quraşdırılır. Şirkətin əsas missiyası yüksək keyfiyyətli işlə yanaşı, Azərbaycan inşaat elminin və mühəndisliyinin beynəlxalq arenaya çıxarılmasıdır. Ona görə də işgüzarlığı və dürüstlüyü rəhbər tutaraq, beynəlxalq təcrübəni öyrənməklə bu yolda irəliləyir.

Əməyin təhlükəsizliyinə zəmanət!

“SMTS” MMC-də keyfiyyət, sağlamlıq və təhlükəsizlik standardlarına ciddi riayət olunması ön plandadır. Yalnız şirkətin işçiləri üçün deyil, subpodratçılar üçün də təhlükəsiz əmək şəraitinin təmin edilməsi yüksək prioritetdir. Şirkət İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş Tikintisinə icazə tələb olunan Bina və Qurğuların Tikinti-Quraşdıma İşlərinin bütün sahələrini əhatə edən fəaliyyət lisenziyasına, Standartlaşdırma İnstitutu tərəfindən sertifikatlaşdırılmış AZS ISO 9001:2020, AZS ISO 14001:2021, AZS ISO 45001:2021, “TÜV AUSTRIA” GMBH şirkətinin ISO 9001:2015, ISO 14001:2015 & ISO 45001:2018 sertifikatlarına malikdir. ISO standartlarına uyğun qurulmuş işin nəticəsidir ki, 18 il ərzində fəaliyyət göstərdiyi inşaat sahələrində heç bir bədbəxt hadisə qeydə alınmayıb. Keyfiyyətli material və avadanlıqlardan istifadə edildiyindən, həmçinin peşəkar mühəndis-texniki heyət sayəsində sifarişçilər keyfiyyətlə bağlı hər hansı problemlə üzləşməyib.

Avtomatlaşdırılmış İdarəetmə, Müstəqil Keyfiyyətə Nəzarət və SƏTƏM sistemləri!

“SMTS” MMC SAP S/4HANA ERP (Enterprise Resource Planning) proqramı üzərində qurulmuş beynəlxalq maliyyə sisteminə, mükəmməl sənəd dövriyyəsi və kodlaşma sisteminə, müstəqil Keyfiyyətə Nəzarət və SƏTƏM sistemlərinə malikdir. Şirkətdə mühüm əməliyyatlar elektron qaydada və tam şəffaf formada aparılır. Maliyyə-uçot sisteminin əməliyyatları, əmək haqqı hesabatları və s. tam olaraq ölkə qanunvericiliyinin tələblərinə uyğun qurulub.

Peşəkar kadrlarla əməkdaşlıq!

Yüksək keyfiyyətli tikinti-quraşdırma işlərinin icra olunması üçün mühüm amillərdən biri də yüksək ixtisaslı mühəndis-texniki heyətdən ibarət komandadır. “SMTS” MMC-də də sənaye və mülki tikinti üzrə təcrübəsi olan ixtisaslı kadrlar çalışır. Şirkət həmçinin mühəndis-texniki heyətin müxtəlif təlimlərə qatılmasına, beynəlxalq konfranslarda iştirakına, dünyanın qabaqcıl təhsil müəssisələrində ixtisas səviyyələrinin artırılmasına üstünlük verir.

Müştəri məmnunluğu!

“SMTS” MMC tikinti-quraşdırma işlərini sifarişçi, layihəçi, podratçı şirkətlər, dövlət orqanları və digər maraqlı tərəflər ilə koordinasiyalı şəkildə, keyfiyyətlə, operativ və şəffaf qaydada həyata keçirir. Müştəri məmnunluğu nəzərə alınaraq, layihələndirmədə, təchizatda və idarəetmə işlərində keyfiyyətli siyasət yürüdülür. Şirkət bütün fəaliyyətinin planlaşdırılmasında və yerinə yetirilməsində sifarişçinin istəklərinə, tələblərinə üstünlük verir. Bütün bunların nəticəsidir ki, “SMTS” MMC-nin həyata keçirdiyi bütün layihələrdə müştəri məmnuniyyəti yüksək səviyyədədir!

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 11 Fevral 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri