SN nin rəhbərliyi və kollektivi 20 Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad ediblər
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qəhrəmanlıq tariximizin şanlı səhifəsi olan 20 Yanvar hadisələrindən 35 il ötür
20 Yanvar hadisələrinin 35-ci ildönümü ilə əlaqədar Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Şəhidlər Xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad ediblər.
1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verib. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazıblar.
20 Yanvar Azərbaycan xalqının həyatında dönüş nöqtəsi olub.
1990-cı ildən başlanan ağır, çətin, ancaq şərəfli yol Qarabağ Zəfəri ilə ən şanlı zirvəyə çatıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Böyük Qələbə xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 20 Yanvar 2025 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















