Icma.az
close
up
RU
Şöbə müdiri: Yeni qanun layihəsi çətin həyat şəraitində olan uşaqlar üçün xüsusi mexanizm müəyyən edir

Şöbə müdiri: Yeni qanun layihəsi çətin həyat şəraitində olan uşaqlar üçün xüsusi mexanizm müəyyən edir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 30 yanvar, AZƏRTAC

Son beş ildə uşaq hüquqları sahəsində islahatların həyata keçirilməsində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün strategiyası”nın böyük rolu olub. “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin qəbul edilməsi də bu strategiyanın əsas tələblərindən biridir və hazırda layihə Milli Məclisdə müzakirə olunur. Təcrübə göstərir ki, qüvvədə olan qanun və uşaq hüquqlarının təmin edilməsinə dair ayrı-ayrı sahəvi sənədlər müasir dövrün sosial reallıqları və beynəlxalq hüququn normaları ilə tam uzlaşmır, uşaq hüquqlarına vahid və sistemli yanaşmanı təmin etmir. Bu səbəbdən beynəlxalq standartlara və müasir sosial reallıqlara uyğun, preventiv və qoruyucu mexanizmləri güclü olan qanuna ehtiyac var.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova səsləndirib.

Onun sözlərinə görə, Qanun layihəsinə bir neçə mühüm hüquqi yeniliklər əlavə edilib. Onlardan biri uşaq hüquqları ilə bağlı bir sıra yeni anlayışların dəqiq hüquqi tərifinin verilməsidir. Xüsusilə “uşağın üstün mənafeyi” anlayışı ilk dəfə ətraflı şəkildə izah edilir və qanunun digər fəsillərində də bu prinsipə istinad edilir. Digər tərəfdən, uşaqlara qarşı zorakılığın formaları da genişləndirilib. Fiziki, cinsi və psixoloji zorakılıqla yanaşı, uşaqlara qarşı etinasız rəftar, onları təhlükədə qoymaq, istismar etmək, davamlı təzyiq və aqressiv davranışa məruz qoymaq da zorakılığın formaları kimi müəyyən edilib.

“Mühüm yeniliklərdən biri də uşaqların çətin həyat şəraitinə düşməsinin qarşısının alınması üzrə profilaktik tədbirlərin görülməsinin tələb kimi müəyyən edilməsidir. Bu öhdəlik dövlət orqanları ilə yanaşı, bələdiyyələrə və qeyri-hökumət təşkilatlarına həvalə edilib. Çətin həyat şəraitində olan uşaqların yetkinlik yaşına çatmış şəxslərdən fərqli olaraq özünümüdafiə və müstəqil müraciət imkanlarının məhdud olması nəzərə alınaraq, onların vaxtında aşkarlanması və sosial müdafiəsinin təmin edilməsi üçün qanun layihəsində xüsusi mexanizm nəzərdə tutulur”, - deyə komitə rəsmisi bildirib.

T.İbrahimova qeyd edib ki, hazırda yerlərdə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar fəaliyyət göstərir. Qanun layihəsi bu komissiyalara çətin həyat şəraitində olan uşaqları aşkar etmək və onlarla bağlı görülməli tədbirləri müəyyənləşdirmək səlahiyyəti verir. Bu tədbirlər çərçivəsində uşağa təcili yardımlar göstərilməlidir. Uşağın həyat və sağlamlığı birbaşa təhlükədə olduqda isə o, ailədən götürülə və sosial xidmətlərə cəlb oluna bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:18
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2026 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see473

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see213

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see202

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see198

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see192

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see183

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see181

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see178

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see176

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see174

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see165

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see162

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see144

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see143

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see143

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri