SOCAR hava şəraiti ilə bağlı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkə ərazisində hava şəraitinin dəyişməsi, küləkli və qeyri-sabit keçməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a SOCAR-dan bildirilib.
Bildirilib ki, əmək normaları çərçivəsində işçilərin sağlamlığının qorunması məqsədilə zəruri tədbirlər həyata keçirilib: "Bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət daim nəzarətdə saxlanılır".
Xatırladaq ki, Bakı və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı, yağışın leysan xarakterli olacağı, arabir intensivləşəcəyi gözlənilir. Aprelin 16-da yağışın aramsız güclü olacağı ehtimalı yüksəkdir. Prosesin şimşək və güclü küləklə müşayiət olunacağı gözlənilir. Gözlənilən intensiv və güclü yağışla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində subasma halları istisna olunmur.


