SOCAR ın vitse prezidentləri “Azər Türk Bank”ın rəhbərliyinə təyin edilib EKSKLÜZİV
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Azər Türk Bank”ın (ATB) rəhbərliyində dəyişiklik olub.
“APA-Economics”ın bankdan əldə etdiyi məlumata görə, Əfqan İsayev və Zaur Qurbanov bankın Müşahidə Şurasının üzvü təyin edilib. Ə.İsayev və Zaur Qurbanov bu vəzifələrdə Günel Nəbiyeva və Pərvin Manafovu əvəzləyib.
Qeyd edək ki, Əfqan İsayev və Zaur Qurbanov Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentləridir. SOCAR 2024-cü ildə ATB-nin səhmlərinin böyük hissəsini əldə etdiyini açıqlayıb. Bankın rəhbərliyində dəyişiklik bu fonda baş verib.
Xatırladaq ki, “Azər Türk Bank” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 79 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökumətinə (SOCAR və ƏMDX), 12,37%-i “Ziraat Bank Azərbaycan”a , 1,08%-i “ Ziraat Bank International”a, 6,55%-I “AzRe Reinsurance” təkrarsığorta şirkətinə və 5%-i “Qala Həyat” sığorta şirkətinə aiddir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 23 İyul 2025 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















