SOCAR Özbəkistan istehsallı naftanı Qara dənizlə beynəlxalq bazarlara çatdırır
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Uzun illərdir Qazaxıstan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələri ilə fəal işləyirik və həmin ölkələrdən hər il təxminən 4 milyon ton nefti beynəlxalq bazarlara çıxarırıq.
"APA-Economics" xəbər verir ki, bu barədə "SOCAR Trading"in Qlobal Biznesin İnkişafı üzrə rəhbəri Tofiq Köçərli Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantıları çərçivəsində təşkil olunan Biznes Forumunda bildirib:
"Məmnunluqla bildirmək istəyirəm ki, bu ildən Özbəkistan da bu siyahıya qoşulub. "SOCAR Trading" Özbəkistanda istehsal olunan əsas neft məhsullarından biri olan naftanın tədarükünə başlayıb və onu da Qara dəniz vasitəsilə beynəlxalq bazarlara çatdırır".
O vurğulayıb ki, SOCAR tranzit imkanlarının genişləndirilməsi məqsədilə infrastrukturun ötürücülük qabiliyyətinin artırılmasına ciddi investisiyalar yatırır. Məqsəd Xəzər dənizinin o tayındakı tərəfdaş ölkələrin artan tələbatını daha səmərəli qarşılamaq, əlavə tranzit gücləri yaratmaq və regionun logistika imkanlarını daha da genişləndirməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 02 İyul 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















