Icma.az
close
up
RU
SOCAR son 8 ilin ən yüksək BB reytinqini əldə edib

SOCAR son 8 ilin ən yüksək BB reytinqini əldə edib

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


"S&P Global Ratings" tərəfindən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) verilən BB uzunmüddətli emitent reytinqi son səkkiz il ərzində şirkət üzrə qeydə alınmış ən yüksək qiymətləndirmədir.
Newscenter.az bu barədə SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, "S&P Global Ratings" SOCAR-ın uzunmüddətli emitent reytinqini BB səviyyəsinə yüksəldib.
SOCAR-ın maliyyə sabitliyini gücləndirməsi, əməliyyatların miqyas və əhəmiyyət baxımından ölkə iqtisadiyyatında əsas rol oynaması, eləcə də idarəetmə proseslərində korporativ standartların yüksəldilməsi və bu kimi digər vacib xüsusiyyətlər reytinqin artırılmasını təmin edib.
Son illərdə enerji bazarlarında müşahidə olunan dəyişkənliyə baxmayaraq, SOCAR-ın ardıcıl dörd il müsbət sərbəst pul axını, sabit borclanma profili və yüksək likvidlik səviyyəsi ilə seçilib. Şirkətin risklərin idarə olunması, əməliyyat dayanıqlılığı və maliyyə qərarlarının icrasında yüksək səmərəliliyi bu nəticələrin əldə olunmasını imkan yaradıb. S&P tərəfindən verilmiş "sabit" proqnoz SOCAR-ın mövcud maliyyə göstəricilərini qoruyub-saxlama qabiliyyətinə dair ortamüddətli və uzunmüddətli dövr üçün etibarlı gözləntilərdəki müsbət yanaşmanı əks etdirir.
Eyni zamanda, borc öhdəliklərinin azaldılması, likvidlik səviyyəsinin qorunması və beynəlxalq maliyyə bazarlarında etimadın yüksəlməsi SOCAR-ın dayanıqlı maliyyə idarəetməsi strategiyasının effektivliyini təsdiqləyir. Bu kompleks tədbirlərin nəticəsində şirkət tarixində ilk dəfə olaraq iki beynəlxalq "investisiya oluna bilən səviyyə" kredit reytinqinə – BBB- ("Fitch Ratings") və Baa3 (Moody"s) – layiq görülüb ki, bu da SOCAR-ın qlobal kapital bazarlarında maliyyə sabitliyinin və etibarlılığının göstəricisidir.
Alternativ maliyyə resurslarına çıxışı asanlaşdırmağı və qlobal kapital bazarlarında əlavə investisiya fondları ilə əməkdaşlıq etməyi, həmçinin "Yaşıl" və "dayanıqlı" maliyyə alətlərindən istifadənin təmin edilməsini hədəfləyən SOCAR Xəzər regionunda ESG (Ətraf mühit, Sosial və İdarəetmə) meyarları üzrə MSCI şirkəti tərəfindən BBB ilkin reytinqi əldə edən ilk şirkətdir. Bu reytinq SOCAR-ın əksər milli neft şirkətləri ilə müqayisədə daha güclü mövqeyə malik olduğunu göstərir. Hazırda SOCAR bu istiqamətdə digər reytinq şirkətləri ilə də yeni ESG reytinqlərinin əldə edilməsi istiqamətində aktiv danışıqlar aparır.
Qeyd edək ki, "S&P Global Ratings" qlobal kapital bazarlarında kredit keyfiyyəti və risklərin qiymətləndirilməsi üzrə ən nüfuzlu beynəlxalq reytinq agentliklərindən biridir. Şirkətin reytinqləri investorlar və maliyyə institutlarının qərarları və borclanma planları üzərində birbaşa təsirə malikdir. Mövcud BB reytinqi, ötən 8 il ərzində SOCAR üzrə qeydə alınmış ən yüksək qiymətləndirmədir.
Cavid
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 Noyabr 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see440

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see404

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see356

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see351

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see338

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see271

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see234

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see221

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see218

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see217

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see213

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see202

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see201

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see200

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see187

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see182

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see174

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see166

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri