SOCAR və “Özbəkneftqaz” arasında əməkdaşlıq sazişi imzalandı
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Özbəkneftqaz" Səhmdar Cəmiyyəti arasında Özbəkistanda müasir avtomobil yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsinin inkişafına dair əməkdaşlıq sazişi imzalanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Özbəkneftqaz”ın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sənəd iki şirkət arasında yanacaq infrastrukturunun inkişafı sahəsində əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir.
Razılaşmaya əsasən, Özbəkistan ərazisində müasir YDM şəbəkəsinin yaradılması imkanlarının birgə araşdırılması və qiymətləndirilməsi nəzərdə tutulub. Bununla yanaşı, perspektivli ərazilər və obyektlər müəyyənləşdiriləcək.
Tərəflər layihələrin həyata keçirilməsi üçün səmərəli biznes modellərinin və praktiki mexanizmlərin hazırlanmasını da planlaşdırır.
Əməkdaşlıq çərçivəsində tərəflər qarşılıqlı faydalı əlaqələri genişləndirmək, qabaqcıl təcrübə və müasir yanaşmaları tətbiq etmək, həmçinin Özbəkistanda yanacaq infrastrukturunun inkişafı üzrə yeni imkanları araşdırmaq niyyətindədirlər.
Qeyd edək ki, əməkdaşlıq sazişi Özbəkistan-Azərbaycan IV Regionlararası Forumu çərçivəsində imzalanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 23 Avqust 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















