Icma.az
close
up
RU
SOÇİDƏ LUKAŞENKO ÜÇÜN “PENSİONER REZİDENSİYASI” TİKİLİR Belarus lideri Putinin qonşusu olacaq (FOTO)

SOÇİDƏ LUKAŞENKO ÜÇÜN “PENSİONER REZİDENSİYASI” TİKİLİR Belarus lideri Putinin qonşusu olacaq (FOTO)

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Rusiya Prezidenti Vladimir Putinin Soçidəki “Boçarov Ruçey” iqamətgahı və Qırmızı Polyanadakı dağ xizək kurortu yaxınlığında, əvvəllər rəsmi şəkildə Belarusa məxsus olan torpaq sahəsində, lüks istirahət kompleksi inşa olunur.

“AzPolitika” bildirir ki, bu barədə məlumatı “Belarus Araşdırma Mərkəzi” (BRC) jurnalistləri yayıb. Onların dron vasitəsilə çəkdiyi görüntülərdə böyük kotteclərin, infrastruktur obyektlərinin və ərazini əhatə edən mühafizə hasarının inşası görünür. Araşdırma müəllifləri hesab edirlər ki, bu obyekt sadəcə mehmanxana deyil.

Jurnalistlərin məlumatına görə, tikintinin maliyyə mənbəyi Belarus Prezidenti Aleksandr Lukaşenkonun yaxın ətrafı ilə bağlı şirkətlərdir. Versiyalardan biri budur ki, bu kompleks Lukaşenkonun gələcəkdə istifadə edəcəyi “pensioner rezidensiyası” ola bilər.

Bu araşdırma “Radio Svoboda”nın Belarus xidməti, BRC, “Əmək Hərəkatı”, “BelPol”, “Vajnıe Istorii”, “Slidstvo.Info” və OCCRP təşkilatlarının birgə əməkdaşlığı ilə, həmçinin ukraynalı KibOrg və belaruslu “Kiberpartizanlar” qruplarının texniki dəstəyi ilə hazırlanıb.

Tikinti sahəsi Qırmızı Polyanada 10 hektar ərazini əhatə edir və qorunan təbiət zonasına bitişikdir. Qaldırılan evlər ərazidəki digər elit yaşayış məntəqələrindən daha hündürdə yerləşir. Bura həm də tarixi və arxeoloji baxımdan əhəmiyyətli bir yerdir - yaxınlıqda eramızdan əvvəl III–II əsrlərə aid kurqanlar və daş qəbirlər var.

“Radio Svoboda”nın əldə etdiyi peyk şəkilləri göstərir ki, ərazi 2022-ci ilin yayında tikinti üçün təmizlənməyə başlanıb. 4 iyul 2022-ci il tarixli görüntülərdə ilk meşə qırıntısı qeydə alınıb. İşlər həmin ilin payızına qədər davam edib. 2023-cü ilin mayında tikinti daha geniş miqyasda yenidən başlanıb və meşə tam şəkildə məhv edilib. 2024-cü ilin mayında ilk bünövrələr qoyulub, həmin ilin payızında isə artıq 11 müxtəlif obyektin inşası aparılırdı.

BRC jurnalistləri dronla iki dəfə çəkiliş aparıblar - 2025-ci ilin iyul və oktyabr aylarında. Şəkillərdə görünür ki, işlər fasiləsiz davam edir: artıq dörd kottec tikilib. Onlardan üçü xaricdən demək olar ki, hazır görünsə də, hələ pəncərələr və qapılar yoxdur.

Dördüncü, ən böyük üçmərtəbəli kottec təpənin üstündə yerləşir və oradan həm kurorta, həm də dağ silsilələrinə baxış açılır.

Rəsmi sənədlərdə ərazidə 31 VIP nömrəli mehmanxana kompleksi tikildiyi bildirilir. Tikinti işlərini Rusiyanın “Kompleks-İnvest” MMC-si həyata keçirir və layihənin 2025-ci ilin sonuna qədər tamamlanması planlaşdırılıb.

Sənədlərə əsasən, bu “mehmanxana kompleksi” aşağıdakı obyektləri əhatə edəcək: əsas bina, üç VIP-kottec, restoranlı otel, manqallı istirahət pavilyonu, beş mikroavtobus və beş minik avtomobili üçün qaraj, sürücülər üçün istirahət otaqları və digər yardımçı tikililər.

Layihə sənədlərinə əsasən, əsas binanın ümumi sahəsi 3000 kvadratmetrdir. O binada aşağıdakılar nəzərdə tutulub: hovuz, sauna, fitnes zalı, barlı istirahət zonası, kinoteatr, royalı zal, iki qonaq otağı və bir əsas yataq otağı, xizək avadanlıqlarını saxlamaq üçün yer, böyük iş kabineti.

Layihədə həmçinin fiziki məhdudiyyətli şəxslər üçün uyğun şərait də nəzərdə tutulub. Lukaşenkonun hazırda 71 yaşı olduğu, obyektin isə tamamlamaq üçün bir neçə il tələb olunacağı qeyd olunur.

Üç əlavə kottec hər biri 700 kvadratmetr sahəyə malikdir. Hər evdə ayrıca hovuz, sauna, yemək otağı və dörd yataq otağı olacaq. Maraqlıdır ki, bu evlərin sayı Lukaşenkonun övladlarının sayı ilə üst-üstə düşür - Viktor, Dmitri və Nikolay.

Dizayn mütəxəssisi Pavel Radçenko kompleksin “şale” üslubunda tikildiyini və “burada qənaət anlayışının olmadığını” bildirir. Məsələn, əsas binanın foyesində 7 metrlik tavan hündürlüyü var. Tikinti sənədlərində göstərilən texniki xüsusiyyətlər də obyektin yüksək təhlükəsizlik səviyyəsinə malik olduğunu göstərir.

Planlara əsasən:

2,5 metr hündürlüyündə partlayışa davamlı dəmir hasar, ərazidə altı mühafizə postu, silah otağı, dronların neytrallaşdırılması sistemi, metal və rentgen detektorları, termovizorlar və hətta radiasiya nəzarəti və nüvə materiallarının avtomatik aşkarlanması sistemləri olacaq.

Keçmiş təhlükəsizlik əməkdaşlarının fikrincə, bu obyekt “adi varlılar üçün deyil”, ya hökumət başçısı, ya da prezident səviyyəsində şəxslər üçün nəzərdə tutulub.

Araşdırmaya görə, Lukaşenko 2021-ci ildə №157рп-дсп saylı gizli sərəncam imzalayaraq Belarusa məxsus torpaq sahəsini “Kompleks-İnvest” adlı rus şirkətinə 13 milyon dollara satmağı tapşırıb. Yarım ildən sonra qiymət iki dəfə azaldılıb - 6,4 milyon dollara. Bu isə torpağın bazar dəyərindən 20 dəfə ucuz olması deməkdir. Ekspertiza sonradan həmin torpağın əsl dəyərinin 131 milyon dollar olduğunu müəyyən edib.

“Kompleks-İnvest”in ilkin sahibi, belaruslu iş adamı Vladimir Yaprinsevin həyat yoldaşının bacısı Yelena Bortseva olub. Yaprinsev Lukaşenkonun uzun illərdir tanıdığı iş ortağı, milyarder Yuri Çijlə də əlaqəlidir. Çij Belarusda vergi pozuntularına görə 2016-cı ildə həbs edilmişdi. 2024-cü ilin fevralında “Kompleks-İnvest” şirkətinin yeni sahibi Lukaşenkonun keçmiş mühafizəçisi Aleksandr Romanovski olub.

Şirkət Rusiya daxilində kommersiya fəaliyyəti göstərməyib. 2023-cü ilin iyulunda şirkətin direktoru Aleksey Prudnikov Moskvada vergi orqanlarında dindirilib və “fəaliyyəti kreditlərlə maliyyələşdirdiklərini” bildirib.

BRC-nin məlumatına görə, kompleksin inşasına ən azı altı fərqli şəxs və şirkət maliyyə yatırıb - onların hamısı Lukaşenkonun ətrafı ilə bağlıdır:

“Qardservis” mühafizə şirkəti ilə əlaqəli “Regional Zakaz” MMC — 6 milyon dollar kredit;

Lukaşenkonun keçmiş mühafizəçisi Romanovski — 360 milyon rubl (təxminən 4 milyon dollar);

Rusiya şirkəti M.R.I.S. Group - 500 min dollar;

Kipr şirkəti Rostumel Holding Limited - 1,5 milyon dollar;

Belarus-Çin şirkəti Winshun Trade Limited - 10 milyon dollardan çox;

Bundan başqa, “Domino” və “Bevan” adlı rus şirkətləri də kiçik məbləğlərdə kreditlər veriblər.

BRC vurğulayır ki, bu şirkətlərin çoxu Belarusda “boz sxemlər” vasitəsilə böyük gəlirlər əldə ediblər - çox güman, hakimiyyətin razılığı və ya təşəbbüsü ilə.

Hazırda “Kompleks-İnvest” tikintiyə ən azı 19,5 milyon dollar xərcləyib. Jurnalistlərin bütün sorğularına və müraciətlərinə baxmayaraq, heç bir cavab verilməyib.

Rasim

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Noyabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see377

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see262

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see225

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see204

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see198

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see190

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see176

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see166

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see163

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see162

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see161

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see157

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see151

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see151

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see151

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see150

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see148

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see146

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri