Icma.az
close
up
RU
Sofiyada Azərbaycan kəlağayısının UNESCOnun siyahısına daxil edilməsinin 10 illiyi qeyd olunub AZƏRTAC

Sofiyada Azərbaycan kəlağayısının UNESCOnun siyahısına daxil edilməsinin 10 illiyi qeyd olunub AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 21 dekabr, AZƏRTAC

Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı və “Azerbaijan Kelagayı” markasının dəstəyi ilə Sofiyada kəlağayının Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısı daxil edilməsinin 10 illiyinə həsr olunmuş “Kəlağayı – Azərbaycanın ipək incisi” adlı tədbir həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan qadınının rəmzi - kəlağayının UNESCO-nun siyahısına daxil edilməsinin çox vacib olduğu vurğulanıb. Onun sadəcə yaylıq və ya baş örtüyü olmadığı, çox zəhmət tələb edən və simvolizm, kompozisiyaların harmoniyası, rəng müxtəlifliyi nümayiş etdirən və öz növünə görə unikal olan qadın milli geyiminin tərkib hissəsi olan sənət əsəri olduğunu qeyd edilib. Tələbələr ənənəvi forması düzbucaq olan təqdim olunan ornamentlərdə çiçəklərin, quşların, dağların təsvirləri, lakin daha çox “buta” təsvirlərinin olduğunu danışıblar. Vurğulanıb ki, qədim ənənəyə görə, Azərbaycan qadını iki döyüşçünün arasına yaylığını atmaqla qanı, döyüşü və ya hətta müharibəni dayandırmaq gücünə malik olub. Həmçinin, kəlağayının sadəcə simvol deyil, sülhə çağırış olduğu qeyd edilib.

Təqdimatdan sonra kəlağayının hazırlanması prosesi və simvolikası və UNESCO-nun siyahısına daxil edilməsinin səbəbi haqqında qısametrajlı film nümayiş etdirilib. Azərbaycan qadının simvolu olan kəlağayı həmçinin tədbir zamanı sərgi olaraq qonaqlar üçün təqdim olunub. Azərbaycanın və dünya irsinin nadir elementi olan kəlağayı sənətinin xaricdə, o cümlədən Bolqarıstanda təbliğ olunması, milli dəyərlərimizin qorunmasına yüksək diqqət və qayğı göstərməklə onların dünyada tanınması və mədəniyyətimizin yayılması üçün əhəmiyyətli məqamdır.

Xatırladaq ki, noyabrın 26-sı Azərbaycanda Kəlağayı Günü kimi qeyd olunur və bu bayramın qeyd olunması 2014-cü ilin noyabrında UNESCO-nun 9-cu sessiyasında Azərbaycan kəlağayısı UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahısına “Qadın ipək baş örtüyü kəlağayını ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası” adı ilə daxil edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Dekabr 2024 06:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see321

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see309

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see294

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see264

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see246

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see223

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see216

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see206

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see200

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see191

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see188

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see178

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see155

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see155

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see154

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see146

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri