Icma.az
close
up
RU
Sofulu və Bərxudarlı yenidən niyə gündəmdədir?

Sofulu və Bərxudarlı yenidən niyə gündəmdədir?

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Ermənistanda Sofulu və Bərxudarlı kəndləri ətrafında yenidən alovlanan müzakirələr göstərir ki, eksklavlar məsələsi artıq təkcə sərhəd delimitasiyası mövzusu deyil. Xüsusilə keçmiş ombudsman Arman Tatoyanın açıqlamaları Ermənistan daxilində bu ərazilərin təhlükəsizlik, kommunikasiya və geosiyasi balans baxımından necə qiymətləndirildiyini ortaya qoyur. Bəs bu narahatlıq hüquqi reallıqlardan, yoxsa regionda formalaşan yeni siyasi konfiqurasiyadan qaynaqlanır?Sofulu və Bərxudarlı məsələsinin yenidən gündəmə gətirilməsi sərhədin delimitasiyası prosesinə təsir göstərmək cəhdidir, yoxsa Ermənistanın gələcək kommunikasiya layihələri ilə bağlı narahatlığının açıq etirafıdır?

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Sofulu və Bərxudarlı kəndləri ətrafında aparılan müzakirələr göstərir ki, Ermənistanda eksklavlar mövzusu artıq sırf texniki sərhəd delimitasiyası məsələsi kimi qəbul edilmir. Bu debatlar, əslində, regionda formalaşan yeni geosiyasi reallığın Ermənistan siyasi elitası tərəfindən necə dərk edildiyini nümayiş etdirir. Keçmiş ombudsman Arman Tatoyan kimi şəxslərin təhlükəsizlik arqumentlərini ön plana çıxarması göstərir ki, narahatlığın əsas mənbəyi hüquqi statusdan daha çox dəyişən regional güc balansıdır.

“Beynəlxalq hüquq baxımından Azərbaycanın eksklavları ilə bağlı mövqeyi aydındır və tarixi-hüquqi sənədlərə söykənir. Delimitasiya prosesi də məhz bu prinsiplər əsasında aparılmalıdır. Bu baxımdan, məsələnin müxtəlif təhlükəsizlik ssenariləri ilə siyasiləşdirilməsi hüquqi müstəvidən uzaqlaşmaq və daxili auditoriyaya hesablanmış siyasi ritorika təsiri bağışlayır”, – deyə politoloq bildirib.

O vurğulayıb ki, digər tərəfdən, Ermənistan anlayır ki, regionda nəqliyyat-kommunikasiya xəritəsi sürətlə dəyişir. Azərbaycanın təşəbbüsü ilə formalaşan yeni logistika marşrutları, Orta Dəhlizin artan əhəmiyyəti və Cənubi Qafqazın beynəlxalq ticarət şəbəkəsində yüksələn rolu İrəvanı yeni reallıqla hesablaşmağa məcbur edir. Sofulu və Bərxudarlı ətrafında yaradılan həssaslıq da müəyyən mənada gələcək kommunikasiya layihələrinin hansı hüquqi və siyasi çərçivədə reallaşacağı ilə bağlı narahatlığın təzahürüdür.

Politoloqun fikrincə, əslində Ermənistanın əsas dilemması sərhəd deyil, yeni regional düzəndə öz yerini müəyyənləşdirməkdir. Çünki Azərbaycan postmünaqişə dövründə hərbi qələbəni siyasi və diplomatik üstünlüyə çevirməyi bacarıb, delimitasiya və demarkasiya prosesinin beynəlxalq hüquq əsasında aparılmasını ardıcıl şəkildə müdafiə edib. Bu yanaşma Cənubi Qafqazda uzunmüddətli sabitliyin əsas təminatlarından biri kimi qəbul olunur.

Tural İsmayılov hesab edir ki, məhz buna görə də Sofulu və Bərxudarlı məsələsinin yenidən gündəmə gətirilməsi delimitasiya prosesini ləngitmək və ya ictimai rəyə təsir göstərmək cəhdi kimi qiymətləndirilə bilər. Lakin bu cür yanaşmalar reallığı dəyişmir.

“Regionda yeni siyasi konfiqurasiyanı formalaşdıran əsas amillər Azərbaycanın yaratdığı geosiyasi və iqtisadi üstünlük, beynəlxalq hüquqa söykənən mövqeyi və sülh gündəmini ardıcıl şəkildə irəli aparmasıdır. Ermənistan gec-tez anlayacaq ki, davamlı təhlükəsizlik süni narahatlıqlar yaratmaqdan deyil, hüquqi öhdəliklərə əməl etməkdən, sərhədlərin qarşılıqlı tanınmasından və regional əməkdaşlıq platformalarına konstruktiv şəkildə qoşulmaqdan keçir. Bu isə həm Cənubi Qafqazın gələcəyi, həm də Ermənistanın öz inkişaf perspektivləri üçün ən rasional seçimdir”, – deyə o bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 20 İyul 2026 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see331

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see316

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see309

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see308

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see289

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see280

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see275

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see266

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see254

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see241

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see240

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see240

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see237

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see236

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see232

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see230

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see222

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see201

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see185

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri