Icma.az
close
up
RU
Söhbət necə bir nəticədən gedir? TRAMPIN ƏLİYEV VƏ PAŞİNYANLA GÖRÜŞÜNÜN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ...

Söhbət necə bir nəticədən gedir? TRAMPIN ƏLİYEV VƏ PAŞİNYANLA GÖRÜŞÜNÜN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ...

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.

“The Washington Post” nəşri bu barədə iki yüksək vəzifəli Ağ Ev rəsmisinə istinadən məlumat yayıb. Bildirilir ki, görüşün məqsədi münaqişəyə son qoymaq üçün sülh sazişinin əldə edilməsidir.

Prezident İlham Əliyev və Nikol Paşinyanın Trampla ayrıca görüş keçirməsi də planlaşdırılır. Rəsmilərdən biri cümə günü keçiriləcək görüşdə tərəflər arasında sülh razılaşmasının elan olunmasının mümkünlüyünü açıqlayıb.

İlk növbədə onu qeyd edim ki, Trampın hər iki dövlət başçısı ilə ayrı-ayrılıqda görüşməsi müsbət haldır. Bu, Vaşinqtonun məsələyə həssas və tərəfsiz yanaşmaq niyyətindən irəli gəlir. Əslində, iki ölkə arasında sülh sazişi mətni artıq hazırdır və onun imzalanmasının qarşısında ciddi bir maneə yoxdur.

Lakin təbii ki, Bakını narahat edən məsələlər qalmaqdadır. Xüsusilə də Ermənistan Konstitusiyası və Müstəqillik Bəyannaməsində ərazi iddialarını əks etdirən müddəaların qalması, eləcə də Zəngəzur dəhlizinə dair açıq suallar Azərbaycanın sülhə ehtiyatla yanaşmasına səbəb olur.

Ermənistanın da problemləri mövcuddur. Məsələn, Bakının sülh müqaviləsinə dair əlavə şərtləri Paşinyanı daxili auditoriya və müxalifət qarşısında çətin vəziyyətə salır. Buna baxmayaraq, tərəflərin ötən ay Birləşmiş Ərəb Əmirliklərində sülh danışıqları aparması və bu prosesin müsbət atmosferdə keçməsi Vaşinqtonda baş tutacaq görüşə ümidləri artırır.

Tramp yaxşı anlayır ki, Ermənistan–Azərbaycan münaqişəsi həlli mümkün olan ən asan beynəlxalq münaqişələrdən biridir. Çünki rəsmi Bakı münaqişənin ən mürəkkəb mərhələsi olan Qarabağ məsələsini artıq həll edib. Azərbaycanın, xüsusilə də xarici təsirlər nəticəsində şərti dövlət sərhədində baş verən təxribat cəhdlərinə təmkinlə yanaşması və gərginliyi artırmamaq mövqeyi onun sülhdə maraqlı olduğunu göstərir. Bu isə Vaşinqton üçün əlavə stimul yaradır.

ABŞ Ermənistanın, xüsusilə baş nazir Nikol Paşinyanın Qərbə inteqrasiya meyillərindən xəbərdardır. Bundan başqa, regionun enerji potensialı, eləcə də Azərbaycanın Qərbə enerji nəqlini artırmaq səyləri Vaşinqtonu razı salır. Təbii ki, bir də Trampın Nobel Sülh Mükafatı almaq niyyəti məsələsi var.

Bütün bu faktorlar Vaşinqtonda keçiriləcək görüşün nəticə ilə yekunlaşması ehtimalını artırır. Lakin əsas sual budur: söhbət necə bir nəticədən gedir? Hər nə qədər sülh sazişinin mətni hazır olsa da, onun imzalanması üçün vaxt lazımdır. İstisna deyil ki, Vaşinqtonda ən yaxşı halda sülh sazişinin imzalanma yeri və tarixi müzakirə edilə bilər.

Təbii ki, bu prosesdə maraqlı olan başqa güclər də var. Xüsusilə də Rusiya faktoru düşündürücüdür. ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoffun bu baxımdan Rusiyaya səfəri diqqət çəkir. İstisna deyil ki, bu səfərin fərqli məqsədləri olub, lakin onlardan biri də Ermənistan–Azərbaycan sülh danışıqları ilə bağlıdır.

Vaşinqton düşünür ki, İrəvan və Bakı arasında ortaq məxrəcə gəlinməsi mümkündür, lakin Kremlin bu prosesə əngəllər yaratmasından ehtiyat edir. Azərbaycanda olmasa da, Ermənistanda hələ də Rusiyanın təsir gücü, xüsusən də hərbi varlığı qalır.

ABŞ bu məsələdə Rusiya ilə ortaq məxrəcə gəlməyə çalışır. Bunun mümkün olub-olmayacağını zaman göstərəcək. Amma bir məqam dəqiqdir: Vaşinqtonda tarixi görüş baş tutacaq. Hər şey plana uyğun getsə, həm Bakı, həm İrəvan, həm də Vaşinqton öz məqsədinə çatar.

Turan Rzayev

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://mia.az
archiveBu xəbər 06 Avqust 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see219

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see153

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see145

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see141

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see134

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see128

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see125

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see125

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see124

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see123

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see122

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see121

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see121

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri