Icma.az
close
up
RU
Söhbət Rusiyanın NATO ya hücum edib etməyəcəyindən yox, nə zaman edəcəyindən gedir Bild

Söhbət Rusiyanın NATO ya hücum edib etməyəcəyindən yox, nə zaman edəcəyindən gedir Bild

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vilnüsdə Avropa hərbçilərinin, diplomatlarının və müdafiə sənayesi nümayəndələrinin qapalı görüşü keçirilib və toplantıda Rusiyanın NATO ölkələrinə potensial hücumu müzakirə olunub. 

Qaynarinfo xəbər verir ki, bu barədə BILD iştirakçılardan sitat gətirərək yazır.

Qeyd olunur ki, iştirakçılar Rusiyanın NATO-nun şərq cinahındakı ölkələrə qarşı üstünlük əldə edə bilməsindən ciddi narahatlıq bildiriblər. Hərbçilərdən biri xüsusilə qeyd edib ki, söhbət Rusiyanın NATO-ya hücum edib-etməyəcəyindən yox, bunu nə zaman edəcəyindən gedir. O həmçinin əlavə edib ki, Ukraynanın mübarizəsi Şimali Atlantika Alyansı üçün vaxt qazandırır.

Ekspertlərin fikrincə, Moskvadan gələn əsas təhlükə onun iqtisadiyyatı qısa zamanda hərbi rejimə keçirmək qabiliyyətidir. Rusiyaya bunu uğurla həyata keçirmək mümkün olub, halbuki Qərb sənayesi hələ də çox yavaşdır və "keyfiyyət, yoxsa kəmiyyət” prinsipi ilə işləyir.

Konfrans iştirakçılarının sözlərinə görə, xərc və istehsal miqyasına görə Rusiyanın müdafiə büdcəsi Qərb ölkələrindən xeyli effektiv işləyir.

"Rusiyanın bir milyard avroluq müdafiə büdcəsi Qərbdə on milyarda bərabərdir. Üstəlik, sifariş edilən yüksək texnologiyalı silahların çoxu ehtimal olunan Rusiya hücumundan ancaq bir neçə il sonra çatdırılacaq”, – ekspertlərdən biri bildirib.

İştirakçılar arasında narahatlıq yaradan başqa amil isə ABŞ-ın potensial Rusiya hücumu zamanı Avropaya yardım etməyə hazır olmamasıdır.

"Vaşinqtonda bizə tam açıq şəkildə bildirirlər ki, biz özümüz-özümüzə buraxılmışıq. Hazırda ABŞ-ın diqqəti Çinə yönəlib. Rusiya – bizim problemimizdir. Bizdən kömək gözləməyin”, – Qərb diplomatlarından biri deyib.

Bundan əvvəl Polşa Baş Qərargah rəisi, general Veslav Kukuła da Rusiyanın Avropa ilə müharibəyə hazırlaşdığını bildirmişdi. Onun sözlərinə görə, Rusiya potensial hücuma zəmin hazırlayır, o cümlədən kiberhücumlar və diversiya aktları həyata keçirir.

Bu arada Almaniyanın müdafiə naziri Boris Pistorius bəyan edib ki, Rusiya NATO ölkələrinə 2029-cu ildən əvvəl də hücum edə bilər. Bununla belə, o əlavə edib ki, NATO "özünü müdafiə etməyə qadirdir” və "əhəmiyyətli çəkindirmə potensialına malikdir”.

Alpər


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Noyabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri