Icma.az
close
up
RU
Şok: kanadalı MHL ulduzları Danimarka ilə bacarmadı!

Şok: kanadalı MHL ulduzları Danimarka ilə bacarmadı!

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Dünya çempionatında qrup mərhələsi başa çatdı. A qrupundan Kanada, İsveç, Finlandiya və Avstriya, B qrupundan isə İsveçrə, ABŞ, Çexiya və Danimarka 1/4 finala vəsiqə qazandı. Fransa və Qazaxıstan yığmaları elit divizionda yerini itirdi.
1/4 final mərhələsinin oyunları da keçirildi. ABŞ, İsveçrə və İsveç yığmalarının yarımfinala adlamasını təbii qarşılamaq olar. Amma Herninqdə keçirilən Kanada – Danimarka oyununun nəticəsi hokkeysevərləri şoka saldı.
Məhz bu oyunda DÇ tarixinin ən böyük sensasiyalarından biri qeydə alındı. Danimarka heyətində Sidni Krosbi ilə Natan Makkinnonun da olduğu Kanada üzərində əzmkar qələbə qazandı. Açığı, bu faktı dərk etmək, hansısa məntiqli izah tapmaq çox çətindi. Heç cür adamın ağlına girmir. Danimarka Kanadanı heç də ilk dəfə məğlub etmir, sadəcə, üç il əvvəl belə hadisə qrup oyununda baş vermişdi, həmin mərhələyə isə “ağcaqayın yarpaqları” bəzən o qədər də əhəmiyyət vermir. Üstəlik onda heyət də indiki kimi möhtəşəm deyildi. Kanada yığması turnirə yüksək səviyyəli MHL ulduzları ilə qatılıb, çoxları turnir başlamamış qızıl medalları onların boynundan asırdı. Karyerasının sonunda belə biabırçı nəticə ilə üzləşən veteran qapıçı Mark-Andre Flerinin nə çəkdiyini indi yalnız özü və Allahı bilir. Düzdü, o, ehtiyatda qalmışdı, amma bu heç də sakitləşdirici məqam deyil.
Oyunun əsas qəhrəmanı danimarkalıların qapıçısı Frederik Dixov oldu. O, kanadalıların 40 zərbəsindən 39-nu qaytardı. Oyunun sonluğu möcüzəvi alındı. Meydan sahibləri sona 2,5 dəqiqə qalmış 0:1 uduzurdular. Məhz bu məqamda Danimarkanın yeganə ulduzu – “Vinnipeq”in formasını geyən Nikolay Elers hesabı bərabərləşdirdi. Çexiyanın “Çeske-Budeyovitse” klubunda çıxış edən Nik Olesen tarixi şaybanı qapıdan keçirəndə isə tabloda 60-cı dəqiqənin 11-ci saniyəsi gedirdi. Favoritin qalan 49 saniyə ərzində məğlubiyyətdən qurtulmaq cəhdləri nəticə vermədi.
A qrupu
Latviya – Avstriya 1:6 (0:1, 1:2, 0:3)
Slovakiya – Finlandiya 1:2 (0:1, 0:1, 1:0)
İsveç – Kanada 3:5 (1:3, 1:1, 1:1)
1 2 3 4 5 6 7
1. Kanada 7 6 0 1 0 34-7 19
2. İsveç 7 6 0 0 1 28-8 18
3. Finlandiya 7 4 2 0 1 22-10 17
4. Avstriya 7 2 2 0 3 21-18 10
5. Latviya 7 3 0 0 4 17-25 9
6. Slovakiya 7 2 0 1 4 9-24 7
7. Sloveniya 7 1 0 1 5 9-29 4
8. Fransa 7 0 0 1 6 8-27 1
B qrupu
İsveçrə - Qazaxıstan 4:1 (0:1, 1:0, 3:0)
Çexiya – ABŞ 2:5 (0:1, 2:0, 0:4)
Almaniya – Danimarka 1:2 (0:0, 1:0, 0:1, 0:0, 0:1)
1. İsveçrə 7 6 0 1 0 34-9 19
2. ABŞ 7 5 1 0 1 34-14 17
3. Çexiya 7 5 1 0 1 35-14 17
4. Danimarka 7 3 1 0 3 25-24 11
5. Almaniya 7 3 0 1 3 20-22 10
6. Norveç 7 1 0 1 5 13-24 4
7. Macarıstan 7 1 0 0 6 8-39 3
8. Qazaxıstan 7 1 0 0 6 9-32 3
Qeyd: 1 – oyun, 2 – qələbə, 3 – overtaymda qələbə, 4 – overtaymda məğlubiyyət, 5 – məğlubiyyət, 6 – şayba fərqi, 7 – xal.
1/4 final
ABŞ – Finlandiya 5:2 (1:1, 2:1, 2:0)
İsveçrə - Avstriya 6:0 (3:0, 2:0, 1:0)
Kanada – Danimarka 1:2 (0:0, 0:0, 1:2)
İsveç – Çexiya 5:2 (3:0, 1:1, 1:1)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 May 2025 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri