Şok: Putin Xerson və Zaporojyeni Ukraynaya geri verə bilər
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya Donetsk vilayətinə nəzarət əldə etmək istəyir. Eyni zamanda, bəzi sızmalar Rusiyanın Xerson və Zaporojye vilayətlərində güzəştlərə gedə biləcəyinə dair ehtimalları göstərir.
Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnalı” məlumat yayıb.
Məqalədə vurğulanır ki, Putinin bu istəyinin səbəbi 2014-cü ildən bəri Ukraynanın Donetsk vilayətində güclü möhkəmləndirilmiş şəhərlər, qəsəbələr və müdafiə istehkamlarından ibarət 50 kilometrlik istehkam zolağı yaratmasıdır. İllərlə davam edən cəhdlərə baxmayaraq, ruslar bu xətti yara bilməyiblər.
Müharibəni Araşdırma İnstitutuna istinadən jurnalistlər qeyd edirlər ki, mövcud tendensiya davam edərsə, rusların bu müdafiəni yarmaq üçün bir neçə il lazım olacaq. Buna görə də Putin Tramp ilə danışıqlar vasitəsilə döyüş meydanında əldə edə bilmədiyini qazanmağa çalışır.
“Əgər Putin danışıqlar yolu ilə bütün Donetsk vilayətinə nəzarəti ələ keçirə bilsə, bu, Rusiyanın Xarkov və Dnepropetrovsk vilayətlərinə hücum mövqeyini gücləndirəcək. Bu halda Ukrayna isə xüsusən əlverişsiz bölgələrdə təcili olaraq yeni müdafiə xətləri qurmaq məcburiyyətində qalacaq”, - nəşr qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 16 Avqust 2025 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















