ŞOK QƏRAR: Mariana Vasilevaya ömürlük hər hansı federasiyada baş məşqçi vəzifəsi tutmaq qadağan edildi FOTO
Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gimnastika Etikası Fondunun (GEF) İntizam Komissiyası Bədii Gimnastika üzrə Azərbaycan Milli Komandasının sabiq baş məşqçisi, hazırkı baş məşqçi, məşqçi və Azərbaycan Gimnastika Federasiyasına (AGF) sanksiya tətbiq edib.
Hurriyyet.az xəbər verir ki, bu barədə GEF-in mətbuat xidməti məlumat yayıb.
2023-cü ildə gimnastlara qarşı AGF tərəfindən fiziki və psixoloji zorakılıq iddiası ilə ittiham irəli sürülüb. Bədii gimnastika üzrə Azərbaycan milli komandasının keçmiş baş məşqçisi, hazırda Azərbaycan gənclər və idman nazirinin müavini Mariana Vasileva 8 il müddətinə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) himayəsi altında keçirilən istənilən tədbirdən kənarlaşdırılıb. Ona ömürlük hər hansı federasiyada baş məşqçi vəzifəsi tutmaq qadağan edilib.
Qeyd edək ki, bununla bağlı jurnalist Eynulla Fətullayev də "Facebook" hesabında paylaşım edib.
Hurriyyet.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 01 Yanvar 2025 01:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















