Icma.az
close
up
RU
Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI Hansı addımlar atıla bilər?

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI Hansı addımlar atıla bilər?

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Son illərdə Bakıda köhnə yaşayış binalarının sökülməsi prosesi geniş vüsət alıb. Bu proses tək şəhərin simasının yenilənməsi baxımından deyil, həm də sosial və hüquqi müstəvidə müxtəlif müzakirələrə səbəb olur. Əsas narazılıq isə söküntü zamanı sakinlərə ödənilən kompensasiyalarla bağlıdır. Mütəmadi olaraq köhnə mənzillərindən çıxarılan sakinlərlə tikinti şirkətləri arasında kompensasiya məbləği ilə bağlı ciddi fikir ayrılıqları yaranır. Bəs bu sahədə narazılıqları minimuma endirmək, prosesə şəffaflıq və ədalət gətirmək üçün hansı sistemli addımlar atıla bilər?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Vətəndaş narazı qalarsa...

Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadovun sözlərinə görə, bu sahədə qiymətləndiricilər olmalıdır: "Qiymətləndirmə haqqında müvafiq qanunvericilik var. Dövlət sifarişi olan yerlərdə bu proses həyata keçirilir. Müstəqil qiymətləndiricilər cəlb edilir, ərazi qiymətləndirilir, kompensasiya məbləği təyin olunur. Özəl şirkətlər əsasən vəsaitə qənaət edirlər. Yaxşı olardı ki, hər bir əmlakın satın alınmasında qiymətləndirmə həyata keçirilsin. Vətəndaş narazı qalarsa, digər şirkətlərə müraciət etsin. Həm vətəndaşlar, həm də tikinti şirkəti bunda maraqlı olmalıdırlar".

E.Azadov bildirib ki, əvvəl bu məsələdə hər rayonun rəhbərliyi sərəncamı özü verirdi. İcra Hakimiyyəti vətəndaşla şirkət arasında tənzimləyici idi. Bu, sonradan ləğv edildi. Artıq tənzimləyici mexanizm mövcud deyil: "Qanun deyir ki, vətəndaşı razı salmalısan. Razılaşma olmadıqda, məhkəməyə müraciət edilir. Bəzən olur ki, vətəndaş ödənilən məbləğə eyni ərazidən əmlak ala bilmir. Problemlər buradan qaynaqlanır. Çox az hallarda vətəndaşlar sui-istifadə hallarına yol verirlər. Bu zaman məhkəmə tikinti şirkətinin xeyrinə qərar qəbul edir. Amma tikinti şirkətləri qanunu daha çox pozurlar. Kim köçmək istəmir, onları narahat etməyə başlayırlar. Bu hallar daha çox fərdi yaşayış evlərinin söküntüsü zamanı baş verir. Qanunsuz tikili olanda vətəndaşlar daha çox təzyiq altında qalırlar".

Ekspert bildirir ki, vətəndaşlara evləri sökülməzdən ən azı altı ay əvvəl yazılı bildiriş gəlməlidir. Bütün danışıqlar yazılı şəkildə aparılmalıdır: "Yaxşı olar ki, prosesə hüquqşünas cəlb etsinlər. Şirkətlə heç bir şifahi danışıq aparmasınlar".

"Qiymətləndiricilərin iştirakı rəsmiləşdirilməlidir"

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc da deyir ki, prosedurlara görə dövlət sifarişi olduqda, tender elan edilir, qalib gələn qiymətləndirmə şirkəti bir kvadratmetrin bazar dəyərini müəyyən edir: "Vətəndaşın əmlakının sahəsinə uyğun kompensasiya ödənilir. Əgər tikinti ilə məşğul olan sahibkar insaflıdırsa, heç bir problem baş vermir. Əks halda vətəndaş problemlə üzləşir. Tələb qoyulmalıdır ki, sövdələşmə sahibkarla vətəndaş arasında olduqda belə, kompensasiya məbləği qiymətləndirici şirkət tərəfindən təyin edilməlidir".

V.Orucun fikrincə, hər bir halda qanun vətəndaşın rahatlığını üstün tutmalıdır: "Bəzən vətəndaşın mənzili kiçik olduqda, təklif olunan kompensasiya ilə ev ala bilmir. Bu zaman məsələ məhkəməyə qədər gedir. Belə hallar yaşanmaması üçün müəyyən normativ sənədlər qəbul edilməlidir. Vətəndaşa yaşayış imkanları yaradılmalıdır".

"Mövcud razılaşma qanuniləşməlidir"

Əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilov isə düşünür ki, bəzi hallarda vətəndaşlar yaranan imkandan sui-istifadə edirlər: "Bizdə əmlakın toxunulmazlığı əsas götürülür. Bu zaman əmlak sahibi istədiyi məbləği təyin edir. Qanunvericilik də vətəndaşın iddiası yönündə çıxış edir. Sahibkar bütün mənzil sahibləri ilə razılığa gələ bilir. Bir neçə nəfər qeyri-real tələb irəli sürür. Beləliklə, inşaat uzanır, digər evi sökülən vətəndaşlar uzun müddət kirayələrdə qalmalı olurlar".

F.Xəlilovun fikrincə, vətəndaşla şirkət arasındakı razılaşma qanuniləşməlidir: "Hazırda tikinti şirkətləri sakinlərə təklif edirlər ki, mənzilin sahəsi nə qədərdirsə, 20 faiz artıq mənzillə təmin edirik. Yaxud, bazar qiyməti ilə kompensasiya məbləği təklif olunur. Bu zaman vətəndaşlar narazılıq edirlər. O səbəbdən bu addım qanuniləşməlidir. Vətəndaşın evi necə hesablanıbsa, həmin ərazidə 20 faiz artıq sahə verilməklə, yeni mənzillə təmin olunmalıdır. Bu, məcburi həyata keçirilməlidir. Əgər əksər vətəndaşla razılıq əldə edilirsə, bir neçə şəxs etiraz edirsə, məcburi yol tətbiq edilməlidir".

Bəs qanun nə deyir?

Hüquqşünas Ceyhun Cəfərli bildirib ki, əmlak vətəndaşın mülkiyyətidir. Mülkiyyət də toxunulmazdır. Heç kim mülkiyyət hüququndan məhrum edilə bilməz: "Əmlak yalnız dövlət ehtiyacları üçün məcburi geri alına bilər. Bu zaman əmlakın bazar dəyəri müəyyənləşdirilərək qabaqcadan ödənilməklə mülkiyyət hüququna xitam verilir. Qeyri-dövlət ehtiyacları üçün məcburi satınalma nəzərdə tutulmayıb. Söküntülər də bu kateqoriyaya daxildir. Qanunvericiliyə görə, vətəndaşdan əmlakı məcburi alına bilməz. Yalnız qarşılıqlı razılıq olmalıdır. Məcburiyyət olmadığı üçün vətəndaş istədiyi qiyməti təyin edir. Vətəndaş görür ki, tənzimləmə yoxdur, ümid edir ki, daha çox qazana bilər".

Hüquqşünasın fikrincə, bu məsələ ilə bağlı qanunvericilikdəki boşluqlar aradan qalxmalıdır: "Dövlət bu məsələləri tənzimləməlidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Sentyabr 2025 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see257

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see225

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see209

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see206

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see179

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see170

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see164

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see145

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see140

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see137

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see133

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see133

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see129

Ukrayna cəbhədə PUA lardan istifadə üçün yeni inanılmaz taktikalara keçib Forbes dən detallar

12 Dekabr 2025 18:13see127

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see127

Millimizin üzvü əməliyyat edildi

12 Dekabr 2025 12:41see127

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see125

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see123

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see122

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri