Şolts: ABŞ tariflər tətbiq edərsə,...
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
"ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqına (Aİ) qarşı rüsumlar tətbiq etmək qərarına gələrsə, Avropa Komissiyası bir neçə saat ərzində reaksiya verəcək".
Bakıvaxt.az xəbər verir ki, bu barədə fevralın 8-də Almaniya kansleri Olaf Şolts bildirib.
“Mən qarşıdurmaya deyil, əməkdaşlığa arxalanıram. Tariflər heç kimə sərfəli olmadığı üçün əlimizi uzadırıq. Əgər ABŞ belə addımlar atsa, Avropa Komissiyası bir neçə saat ərzində cavab verə biləcək”, - “Redaktions Netzwerk Deutschland” (RND) media qrupu onun sözlərindən sitat gətirib.
Onun sözlərinə görə, qloballaşma sənayesi inkişaf etmiş, ixracyönümlü ölkə kimi Almaniya üçün sərfəlidir və bu vəziyyət davam etməlidir. Eyni zamanda, Almaniya kansleri 450 milyon əhalisi olan Avropa İttifaqının güclü və “fəaliyyətə qadir” olduğuna diqqət çəkib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 08 Fevral 2025 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















