Şolts Maya Sandunu seçkidəki qələbəsinə görə təbrik etdi AÇIQLAMA
Icma.az, Azpost portalına istinadən məlumat yayır.
Almaniya kansleri Olaf Şolts Moldovanın hazırkı prezidenti Maya Sandunu prezident seçkilərinin ikinci turunda qələbəsi münasibətilə təbrik edib.
Azpost.info xəbər verir ki, Şolts Almaniyanın Moldovanın yanında olduğunu deyib.
“Maya Sandu Moldovanı çətin anlarda təhlükəsiz şəkildə idarə etdi və ölkəni Avropa yoluna saldı. Biz Moldovanın yanındayıq. Yenidən prezident seçilməyiniz münasibətilə sizi təbrik edirik”, – Şolts bildirib.
MSK-nın məlumatına görə, protokolların 99,73 faizi hesablandıqdan sonra Sandu 55,36 faiz səslə prezident seçkilərinin ikinci turunda liderdir, keçmiş baş prokuror Aleksandr Stoyanoqlo isə 44,64 faiz səs toplayıb.
Azpost.info
Baxış sayı:87
Bu xəbər 04 Noyabr 2024 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















