Şolz Rusiyanın Oreşnikdən istifadə etməsinə cavab verib
Icma.az, Aznews.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya Dnepropetrovskdakı obyektə orta mənzilli raket atmaqla Ukraynadakı münaqişənin “qorxunc eskalasiyasına” başladı.
Bu fikri Almaniya kansleri Olaf Şolz deyib.
“Son eskalasiya bizə bu “hərbi əməliyyatın” nə qədər təhlükəli olduğunu göstərir: [Rusiya prezidenti Vladimir] Putin Ukrayna ərazisini vurmaq üçün orta mənzilli raketlərdən istifadə edib. Bu dəhşətli eskalasiyadır”, - Şolz qeyd edib.
Eyni zamanda o, əlavə edib ki, Almaniya Rusiyanın hərəkətlərinə baxmayaraq, mövqeyini dəyişmir və Ukraynaya “Taurus” uzaqmənzilli raketləri verməyəcək. Həmçinin Almaniya Kiyevə silahlarından Rusiya Federasiyası ərazisində məqsədlər üçün istifadə etməyə icazə verməyəcək.
Mövsüm
Aznews.az

NATO xarici işlər nazirləri Rusiyanın Oreşnikdən istifadə etməsini müzakirə edəcəklər
03 Dekabr 2024 08:03
Putin Oreşnikdən danışdı
22 Noyabr 2024 21:05
Pentaqon: Rusiya Oreşnikdən təkrar istifadə edə bilər
13 Dekabr 2024 11:54
Rusiya Oreşnikdən istifadəyə icazə verdi
04 Yanvar 2025 21:11
Peskov Oreşnikdən danışdı: Mənə Putin dedi...
24 Noyabr 2024 14:21

