Somalidən gələcək tələbələrin BANMdə təhsilə cəlb olunması məsələsi ilə bağlı fikir mübadiləsi aparılıb AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 18 dekabr, AZƏRTAC
Somali Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfiri Fathudin Ali Mohamed SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.
Bu barədə AZƏRTAC-a ali məktəbdən məlumat verilib.
Görüş zamanı BANM ilə Somali arasında ikitərəfli akademik əməkdaşlıq və təhsil sahəsində potensial imkanlar müzakirə edilib. Görüşdə 2025/2026-cı tədris ilində Somalidən gələcək tələbələrin BANM-də təhsilə cəlb olunması məsələsi ilə bağlı fikir mübadiləsi aparılıb. Əcnəbi tələbələr üçün yaradılmış “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” qrantı da bu imkanları genişləndirən vacib addım kimi qeyd edilib.
Görüşün sonunda iki ölkənin müvafiq məsul strukturlarının məlumatlandırılması və qarşılıqlı faydalı tərəfdaşlıq qurulması barədə razılığa gəlinib. Fathudin Ali Mohamed 2025-ci ilin aprel ayına qədər Somalidən tələbə seçimi ilə bağlı tədbirlər görülməsini qeyd edib.
Daha sonra kampusla tanışlıq olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 18 Dekabr 2024 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















