Icma.az
close
up
RU
SOMDA da geniş tərkibdə iclas keçirildi Bu məsələlər müzakirə edildi

SOMDA da geniş tərkibdə iclas keçirildi Bu məsələlər müzakirə edildi

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2025-ci ilin birinci yarımilinə dair «İxrac boru kəmərləri obyektlərinin təhlükəsizliyinin gücləndirilməsinə dair Tədbirlər Planı»nın icra vəziyyəti ilə əlaqədar Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində (SOMDA) geniş tərkibdə iclas keçirilib.

Bu barədə "Unikal"a SOMDA-nın Mətbuat Xidmətindən məlumat verilib. 

İclasda Dövlət Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, BP, SOCAR və Agentliyin müvafiq struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan Agentliyin İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyinə Nəzarət İdarəsinin rəisi, polkovnik Nail Dadaşov bildirib ki, SOMDA tərəfindən mühafizəsi təmin edilən ixrac neft və qaz boru kəmərlərinin təhlükəsiz fəaliyyəti ötən dövrdə tam təmin olunub, hər hansı təxribat və ya kənar müdaxilə faktı qeydə alınmayıb. Tədbirlər Planının müddəalarının icrası davamlı şəkildə nəzarətdə saxlanılıb.

İclas zamanı 2025-ci ilin ilk altı ayı ərzində görülmüş işlər təhlil edilib, cari vəziyyət dəyərləndirilib, həmçinin yaxın perspektiv üçün prioritet istiqamətlər müəyyən olunub. Aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən əməliyyat şəraitindəki dəyişikliklər, təhlükəsizlik riskləri və digər aktual məsələlər üzrə fikir mübadiləsi aparılıb.

İclasın sonunda Tədbirlər Planının icrası üzrə koordinasiyanın gücləndirilməsi və təhlükəsizlik tədbirlərinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunub.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://unikal.az
archiveBu xəbər 25 İyun 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri