Icma.az
close
up
RU
Son 3 matçda oyunumuzda böyük irəliləyiş var Fernandu Santuş

Son 3 matçda oyunumuzda böyük irəliləyiş var Fernandu Santuş

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

“Təbii ki, hər oyunda qələbə qazanmaq, güclü heyət qurmaq istəyirik. Son 3 matçda oyunumuzda böyük irəliləyiş var. Bütün bunlar göstərir ki, doğru yoldayıq. Bu yola davam etməliyik".

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının 6-cı turunda sabah İsveçlə keçiriləcək səfər oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis üç futbolçunun heyətdən kənarlaşdırılmasında sonra edəcəyi taktiki gedişlər haqda sualı belə cavablandırıb: "Taktika o qədər də vacib deyil. Əsas olan oyun fəlsəfəsidir. Amma hər oyunun xüsusi taktikası var. Ola bilər ki, bəzi dəyişiklik etdik. Rəqibə uyğun taktika qurmağa çalışırıq. Elə bir heyət olmalıdır ki, tək müdafiə olunmasın, həm də rəqib qapısı qarşısında təhlükəli hücumlar qursun. Təəssüflər olsun ki, mən bura gələndən qələbə qazana bilməmişik. Amma inanın ki, komandam hər oyuna sırf qələbə üçün çıxır. Yəni meydana tək müdafiə olunmaq üçün çıxmamışıq".

Santuş qeyd edib ki, millidə birdən-birə gəncləşdirmə siyasəti aparmaq doğru olmaz: "Biz dəyişikliyi dərhal etsək, istədiyimizi həyata keçirə bilmərik. Əlbəttə ki, milli komanda klub kimi deyil. Klubda futbolçular daim bir yerdə olurlar. Ona görə də bir-birini yaxşı tanıyırlar. Millidə isə bu imkan olmur. Bunları nəzərdə alaraq gənc oyunçulara tədricən şans verəcəyik. Təbii ki, sabahkı matçda dəyişiklik ola bilər. Hər şey gözlənilir".
Təcrübəli mütəxəssis millimizin C Liqasında qalmaq şanslarını da dəyərləndirib: "Biz bunun uğrunda mübarizə aparmalıyıq. Təbii ki, heç kim oyundan qabaq nə qalib olur, nə də məğlub. Mübarizə aparacağıq. Qələbə qazanmağa çalışacağıq. Düzdür, sabah bizi güclü rəqib gözləyir, amma buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq".

Qeyd edək ki, sabah Solnadakı "Strouberri Arena”da keçiriləcək İsveç - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 18 Noyabr 2024 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see317

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see297

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see274

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see263

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see259

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see237

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see233

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see222

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see218

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see212

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see211

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see203

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see196

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see196

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see194

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see193

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see182

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see179

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri