Son 30 ildə Xəzərin səviyyəsi bu qədər azalıb
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Xəzər regionu zəngin biomüxtəlifliyi və ekosistemi ilə unikal təbii mühiti təmsil edir.
Axar.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva “İqlim dəyişikliyi fonunda Xəzər dənizində su səviyyəsinin azalması” adlı tədbirdə bildirib.
O bildirib ki, son onilliklərdə Xəzər, ciddi ekoloji problemlərlə üzləşib:
“Dənizin səviyyəsi müşahidələr tarixində ən aşağı həddə yaxındır. Ekstremal hava hadisələri, təbii fəlakətlərin tezliyinin artması və biomüxtəliflikdəki dəyişikliklər - bütün bunlar yeni reallıqlara uyğunlaşmaq üçün birgə səylər tələb edir. Son 30 ildə Xəzərin səviyyəsi təxminən 2,5 m azalıb. Son illərdə isə illik azalma həyəcan doğuran 20-30 santimetrə çatıb. Bu sürətli dayazlaşma təcili tədbirlər tələb edən ciddi ekoloji və iqtisadi risklər yaradır".
Baxış sayı:131
Bu xəbər 18 Noyabr 2024 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















