Icma.az
close
up
RU
Son 5 ildə qazanılan ikinci tarixi qələbə

Son 5 ildə qazanılan ikinci tarixi qələbə

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Son 5 ildə ikinci tarixi qələbə, ikinci böyük uğur. Hərbi gücün diplomatik uğurla vəhdəti və əldə edilən möhtəşəm nəticə. Birləşmiş Ştatlar və Azərbaycan prezidentləri, eləcə də Ermənistanın baş nazirinin iştirakı ilə Vaşinqtonda keçirilən görüş və imzalanan üçtərəfli bəyanatı məhz bu cür xarakterizə etmək olar.
Cənubi Qafqaza gələn daimi sülh
Vaşinqton bəyannaməsi hər şeydən əvvəl Cənubi Qafqaza daimi sülhün gəlməsi deməkdir. Daimi sülhün zəmanətçisi isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbirincə desək dünyanın bir nömrəli super dövləti Birləşmiş Ştatlar və dünyanın bir nömrəli lideri Donald Trampdır. Burada bir məqama xüsusi diqqət etmək lazımdır. Azərbaycan Prezidentinin Ağ Evdə yüksək səviyyədə qəbul edilməsi, Trampın bu ərəfədə Cənab İlham Əliyevlə bağlı sosial şəbəkə hesabındakı paylaşımı, Ağ Evin rəmzi açarının dövlət başçımıza təqdim edilməsi Azərbaycan Prezidentinin güclü dünya lideri kimi Birləşmiş Ştatlar rəhbəri tərəfindən qəbul edilməsi deməkdir. Bütün bu sadaladığımız amillər Azərbaycan lideri ilə yanaşı Azərbaycan dövlətinə verilən yüksək dəyər, qiymətdir. Vaşinqton görüşü və dövlət başçımıza göstərilən yüksək diqqət eyni zamanda Ağ Ev rəhbəri tərəfindən həm Azərbaycan rəhbərinin qətiyyətli, siyasi dünyagörüşünə malik bir lider kimi dünyaya, həm də Azərbaycanın təkcə yerləşdiyi coğrafiyada yox, bütün dünyada sülh tərəfdarı olduğunu təqdimatı idi.
Əldə edilən nəticə sözlə ifadə edilə bilinməyəcək dərəcədə möhtəşəm, böyük bir qələbə, gələcək yüz illərə damğasını vuran uğur idi. Buna isə yalnız Cənab İlham Əliyev kimi güclü siyasi liderin uğurlu diplomatik gedişləri nəticəsində nail olmaq mümkündür. Cənab İlham Əliyev 5 il əvvəl döyüş meydanında qalib olduğunu göstərdiyi kimi, bu günlərdə də diplomatik arenada güclü və qəbul edilən bir lider olduğunu isbatladı. Vaşinqton görüşü ərəfəsində dünyanın bütün nəzər diqqətinin Ağ Evə yönəlməsi, imzalanan tarixi sənəddən sonra dünya liderlərinin ortaya qoyduğu mövqe və Azərbaycan Prezidenti və xalqını tarixi nailiyyət münasibətilə təbrik etməsi deyilənlərin təsdiqidir.
Azərbaycan reallıqlarının qəbulu
Vaşinqton görüşü və bəyannaməsi həm də İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqların dünyanın bir nömrəli super gücü tərəfindən qəbul edilməsidir. Hansı ki, həmin reallıq təkcə Azərbaycan deyil, eyni zamanda region dövlətləri, hətta qeyri-region və uzaq ölkələrin də maraqlarına xidmət edir. Bunun ən önəmli misalı Zəngəzur dəhlizidir. Azərbaycanın İkinci Qarabağ Müharibəsindən sonra yaratdığı yeni geosiyasi reallıqlar fonunda Zəngəzur dəhlizinin açılmasının gündəmə gəlməsi və aktuallaşması bu gün Birləşmiş Ştatların da maraqlarına xidmət edir və bu səbəbdən Vaşinqton da sözügedən dəhlizin açılmasında maraqlıdır.
Tarixi ədalətin bərpası, separatizm kimi cəhənnəmə gedən 907-ci düzəliş
Azərbaycan Prezidentinin Vaşinqton səfərinin hər bir anı, hər bir görüşü və müzakirəsi bir tarixdir, uğurdur. 33 il haqısz yerə bizə tətbiq edilən 907-ci düzəlişin ləğvi də həmin uğurların bir parçasıdır. Azərbaycan 33 il bədnam 907-ci düzəlişdən əziyyət çəkib. Zamanında ermənipərəst konqresmenlər və siyasətçilərin səyi ilə Azərbaycana qarşı tətbiq edənlər həmin düzəliş elə erməni rəsmilərinin imzası ilə də ləğv olunur. Bu gün sevincdən, fərəhdən bəlkə də bunun mahiyyətini o qədər də dərk edə bilmirik. Ancaq ortada bir reallıq var. Vaxtı ilə ermənilərin Azərbaycana qarşı tətbiq etdiyi həmin düzəlişi bu gün Azərbaycan Lideri elöə erməninin öz imzası ilə ləğv etdirir. Üçtərəfli bəyannaməyə erməni baş naziri Nikol Paşinyanın imza atması ilə. Tarixdə görmədiyimiz, oxumadığımız, rast gəlmədiyimiz bir ilkdir. Buna isə təbii ki, Azərbaycan Liderinin qətiyyəti, güclü diplomatik bacarığı ilə nail oluruq.
Əli Hüseynli,
Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Avqust 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see532

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see513

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see279

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see264

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see247

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see239

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see238

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see236

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see236

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see230

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see190

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see189

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see186

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see181

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri