Icma.az
close
up
RU
Müstəqilliyimizin sarsılmaz qalası: Azərbaycan Ordusu son 80 ilin yeganə qalibidir

Müstəqilliyimizin sarsılmaz qalası: Azərbaycan Ordusu son 80 ilin yeganə qalibidir

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycanın müasir ordusunun şərəf və güc günüdür. Bu tarix müstəqilliyimizin və dövlətçiliyimizin təminatçısı olan Azərbaycan Ordusunun rəşadətini, vətənə sədaqətini simvolizə edir. Hər il bu gün ölkəmizin hərbi qüdrəti, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı ilə qürurla xatırlanır.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda milli ordu quruculuğunun təməli qoyuldu. Müstəqil dövlətin güclü ordusu olmalı idi və bu prinsip əsasında ilk strateji addımlar atıldı.

Bu xətt Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvəsinə çevrildi və dünya reytinqlərində ön sıralarda yer aldı.

Milli hərbi sənaye kompleksi yaradıldı, Azərbaycanın istehsal etdiyi silah və texnologiyalar beynəlxalq sərgilərdə nümayiş olunur. Xüsusilə Vətən Müharibəsində əldə edilən qələbə bu potensialı bütün dünyaya göstərdi. Aprel döyüşləri, Vətən Müharibəsi, Fərrux əməliyyatı, birgünlük antiterror tədbirləri kimi uğurlar Azərbaycan Ordusunun gücünü və peşəkarlığını sübut etdi. Hadrutun, Şuşanın azad olunması isə hərbi taktika baxımından unikal əməliyyatlar sayılır. Azərbaycanın Qarabağdakı qələbəsi təkcə hərbi yox, siyasi və tarixi baxımdan da tam qələbədir. Müasir dövrdə bu qədər qəti və nəticəli hərbi zəfər demək olar ki, yoxdur — bu fakt qələbəmizin bənzərsizliyini göstərir.


Hərbi ekspert Ədalət Verdiyev Sherg.az-a söyləyib ki, Sovet imperiyasının süqutundan sonra yeni müstəqilliyini qazanan Azərbaycan dövləti Silahlı Qüvvələrin yaradılması barədə qərar qəbul etdi:


"Ordumuzun yaranması kifayət qədər çətin və mürəkkəb proseslərlə müşayiət olunurdu. Çünki Ermənistanın Azərbaycana qarşı təcavüzü aktiv fazada idi. Digər tərəfdən təcrübəsiz bir dövlət rəhbərlərinin atdığı addımlar heç də hər zaman doğru olmurdu. Bəzən isə kifayət qədər zəif döyüş potensialına malik olduğumuz və Ermənistanın işğalına məruz qaldığımız bir vaxtda digər ölkələrlə də münasibətlərimiz pozulurdu. Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra orduya diqqət və qayğı artdı. Həmçinin ordu quruculuğunda ciddi addımlar atılmağa başlandı. Üstəlik, pilləli hərbi təhsil sistemi yaradıldı. Məhz milli liderimiz Heydər Əliyevin sərəncamı ilə Xüsusi təyinatlı dəstələrin başlanğıcı həmin dövrə təsadüf edir. Artıq Ermənistanın üzərində müsbət güc balansı Azərbaycanın xeyrinə dəyişməyə başladı. Bu uğurlu siyasət Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən davam etdirildi. "Horadiz" əməliyyatından sonra, yəni son 21 ildə Ermənistan ordusu bir dəfə də olsa, Azərbaycana qarşı uğurlu əməliyyat həyata keçirə bilməyib. Bu, bir faktdır. Aprel döyüşləri, xüsusilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu böyük qəhrəmanlıq nümunələri nümayiş etdirib".


Ekspert qeyd edib ki, son 80 ilin yeganə qalibi olan Azərbaycan Ordusu bu gün yüksək döyüş hazırlığını, üstün mənəvi-psixoloji vəziyyətin, nəzəri və praktiki biliklərə malik, regionda liderdir:

"Ölkəmizin artan iqtisadi, hərbi gücü yalnız Cənubi Qafqazda deyil, eyni zamanda beynəlxalq aləmdə söz sahibi olan orta güc dövlətlərindən birinə çevrilib. Azərbaycan Ordusunun Vətən müharibəsində, o cümlədən antiterror əməliyyatında həyata keçirdiyi yeni silahlı mübarizə metodları dünyanın bir çox ölkələri tərəfindən öyrənilir. Azərbaycan Ordusunu təbrik edir, onlara müvəqqətlər arzulayıram".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 İyun 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri