Son bir ayda özünüməşğulluq proqramı üzrə 1200 dək şəxs üçün kiçik təsərrüfatlar qurulub
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatı davam etdirilir.
Ötən ay paytaxt və regionlarda 1 192 işsiz və işaxtaran şəxs bu proqram çərçivəsində mal və materiallar formasında aktivlərlə təmin olunub.
Verilmiş aktivlər hesabına proqram iştirakçıları üçün kənd təsərrüfatı, istehsal, xidmət sahələri üzrə kiçik təsərrüfatlar yaradılıb.
Proqrama cəlb olunanlar üçün ilk mərhələdə təlimlər təşkil edilir, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir.
Təlimləri bitirənlərə biznes planlarına uyğun aktivlər verilir.

Son bir ayda özünüməşğulluq proqramı üzrə 2 mindən çox şəxs üçün kiçik təsərrüfatlar qurulub
02 Avqust 2025 12:46
Son bir ayda özünüməşğulluq proqramı üzrə 722 şəxs üçün kiçik təsərrüfatlar yaradılıb
02 May 2025 16:37
Özünüməşğulluq proqramı üzrə son bir həftədə 176 şəxs üçün kiçik təsərrüfatlar yaradılıb
14 May 2025 15:34
Əlilliyi olan 8,1 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub
04 Dekabr 2024 21:18

