Özünüməşğulluq proqramı üzrə son bir ayda 650 dən çox şəxs üçün təsərrüfatlar yaradılıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 5 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatını davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən ay paytaxt və regionlarda daha 654 işsiz və işaxtarana həmin proqram çərçivəsində mal və materiallar formasında aktivlər təqdim olunub.
Verilmiş aktivlər hesabına onlardan 372-si istehsal və xidmət, qalanları kənd təsərrüfatı üzrə kiçik ailə təsərrüfatlarını yaradıblar.
Proqrama cəlb olunanlar üçün əvvəlcə təlimlər təşkil edilir, onlara kiçik biznesin təşkili və idarəolunmasına dair bilik və bacarıqlar öyrədilir.
Təlimlərdən sonra özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 05 Noyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















