Özünüməşğulluq proqramı üzrə son bir ayda 1300 ə yaxın şəxs üçün təsərrüfatlar yaradılıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 3 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatını davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən ay paytaxt və regionlarda daha 1290 işsiz və işaxtaran şəxsə bu proqram çərçivəsində mal və materiallar formasında aktivlər təqdim olunub.
Onlardan 223-ü istehsal və xidmət, 1067-si isə kənd təsərrüfatı istiqaməti üzrə proqrama cəlb olunanlardır.
Verilmiş aktivlər hesabına proqram iştirakçıları həmin istiqamətlər üzrə kiçik təsərrüfatlarını yaradıblar.
Proqrama cəlb olunanlar üçün əvvəlcə təlimlər təşkil edilir, olara kiçik biznesin təşkili və idarə olunmasına dair bilik və bacarıqlar öyrədilir.
Təlimlərdən sonra özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 03 Oktyabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















