Son bir ildə Rusiyada yüzlərlə bar fəaliyyətini dayandırıb
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyanın bir milyondan çox əhalisi olan şəhərlərində son bir il ərzində yüzlərlə bar fəaliyyətini dayandırıb.
Yeniavaz.com “Vedomosti”yə istinadən xəbər verir ki, avqust ayında bu şəhərlərdə ümumilikdə 5900 bar fəaliyyət göstərib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6% azdır.
Ən çox barın bağlandığı şəhərlər arasında Moskva və Krasnodar ilk sıralarda yer alır. Belə ki, Moskvada barların sayı 14%, Krasnodarda isə 10% azalıb.
Barlardan əvvəl isə kafe və restoran sektorunda ciddi geriləmə qeydə alınıb. Bu ilin yanvar-fevral aylarında Rusiyada 7300 iaşə müəssisəsi bağlanıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29% çoxdur.
Sektor nümayəndələri restoran və kafelərdə müştəri axınının illik müqayisədə orta hesabla 10-15% azaldığını bildirirlər. Bəzi müəssisələrdə isə azalma 30-40%-ə çatıb. Ekspertlər mövcud vəziyyəti son 25 ilin ən pis dövrlərindən biri kimi qiymətləndirirlər. Onların fikrincə, əsas səbəblərdən biri əhalinin real gəlirlərinin azalmasıdır.
Hazırda Moskvada təxminən 1900 bar fəaliyyət göstərir. “Wine Retail” informasiya mərkəzinin rəhbəri Aleksandr Stavtsevin sözlərinə görə, paytaxtda yeni barlar açılsa da, bağlanan müəssisələrin sayı daha çoxdur.
2026-cı ilin ilk yarısında Moskvanın əsas mərkəzi ticarət küçələrində 92 qida və içki müəssisəsi açılıb, 118 müəssisə isə bağlanıb. Bar və pablar bütün açılışların 16%-ni, bağlananların isə 22%-ni təşkil edib.
Ekspertlər bildirirlər ki, bar biznesi eyni vaxtda bir neçə problemlə üzləşir. Bunlara alıcılıq qabiliyyətinin azalması, xərclərin və vergilərin artması, eləcə də rəqabətin güclənməsi daxildir.
Bu mövzuda digər xəbərlər:Rusiyada iki aeroport fəaliyyətini dayandırıb
18 Avqust 2025 08:10
Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb
27 Noyabr 2025 08:30
Rusiyada kömür sənayesində böhran: 17 müəssisə fəaliyyətini dayandırıb
26 Avqust 2025 13:21
Rusiyada fəaliyyətini dayandırdı
15 Yanvar 2026 10:33
Rusiyada neft emalı zavodu dron hücumundan sonra fəaliyyətini dayandırıb
25 Avqust 2026 11:50
Baxış sayı:171
Bu xəbər 01 Sentyabr 2026 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















