Icma.az
close
up
RU
“Son günlər Bakıda tıxaclar iftar məclislərinə görədir” RƏSMİ AÇIQLAMA

“Son günlər Bakıda tıxaclar iftar məclislərinə görədir” RƏSMİ AÇIQLAMA

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bir neçə gündür paytaxtın mərkəzi küçə və prospetlərində axşam saatlarında yaranan nəqliyyat sıxlığının müddəti və sıxlıq olan yolların sayı artıb. Müşahidələr göstərir ki, bu proses martın 3-dən başlayıb və davam edəcəyi ehtimal olunur".
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müraciətində bildirilib.
"Təhlillər onu deməyə əsas verir ki, Ramazan ayı ilə əlaqədar bəzi vətəndaşlar şəxsi nəqliyyat vasitələrindən daha çox istifadəyə, xüsusilə də mərkəzi küçə və prospektlərdə yerləşən ictimai iaşə obyektlərində təşkil olunan iftar məclislərində iştirak etməyə üstünlük verirlər. Pik saatlarda yaranan nəqliyyat sıxlığının müddəti bu səbəbdən artmağa başlayır və nəticədə şəhərin digər yollarına da ( şəhərə giriş-çıxış yolları) təsir edir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən hansı tədbirlər görülüb?
Mərkəz tərəfindən nəqliyyat intensivliyini artırmaq məqsədilə 38 küçə və prospekt üzrə svetoforlara “yaşıl dalğa” əmri verilib. Zəruri tədbirlərin görülməsi üçün mütəmadi yol polisi əməkdaşları ilə informasiya mübadiləsi aparılıb", - müraciətdə qeyd edilib.
Nəqliyyat intensivliyini artırmaq məqsədilə aşağıdakı küçə və prospektlərdə svetoforlara “yaşıl dalğa” əmri verilib.
1. S.Vurğun küçəsi;
2. A.Bakıxanov küçəsi;
3. M.Müşfiq küçəsi;
4. Mehdi Hüseyn küçəsi;
5. Ş.Bədəlbəyli küçəsi;
6. M.Füzuli küçəsi;
7. R.Behbudov küçəsi;
8. K.Rəhimov küçəsi;
9. 28 May küçəsi;
10. Ü.Hacıbəyli küçəsi;
11. Y.Səfərov küçəsi;
12. A.Cəlilov küçəsi;
13. Ak.Həsən Əliyev küçəsi;
14. Gülarə Qədirbəyova küçəsi;
15. İstiqlaliyyət küçəsi;
16. C.Hacıbəyli küçəsi;
17. Ə.Ağaoğlu küçəsi;
18. Vaqif küçəsi;
19. Ə.Dəmirçizadə küçəsi;
20. Nəsib bəy Yusifbəyli küçəsi;
21. Y.V.Çəmənzəminli küçəsi;
22. M.Araz küçəsi;
23. Nazim Hikmət küçəsi;
24. M.Mehdizadə küçəsi;
25. Nizami küçəsi;
26. Süleyman Rəhimov küçəsi;
27. Tbilisi prospekti;
28. 8 Noyabr prospekti;
29. Q.Qarayev prospekti;
30. İnşaatçılar prospekti;
31. Neftçilər prospekti;
32. Z.Əliyeva prospekti;
33. Azadlıq prospekti;
34. Azərbaycan prospekti;
35. Xətai prospekti;
36. Atatürk prospekti;
37. Parlament prospekti;
38. F.Xoyski prospekti.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:235
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Mart 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri