Icma.az
close
up
RU
Son günlər qaz niyə tez tez kəsilir? RƏSMİ CAVAB

Son günlər qaz niyə tez tez kəsilir? RƏSMİ CAVAB

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son günlər müxtəlif ərazilərdə qazın bir neçə saatlıq kəsiləcəyi ilə bağlı xəbərlər yayılır. Soyuq hava şəraitini nəzərə alsaq, qazın hətta qısa müddətlik olmaması vətəndaşlar üçün ciddi narahatlıq yaradır. Bəs qaz təchizatında fasilələrin səbəbi nədir?

Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, “Azəriqaz” İB normal şəraitdə qaz təsərrüfatının dayandırılmasını icra etmir və etməz:

“Çünki qurum qazın satışını həyata keçirən dövlət müəssisəsidir və qaz təchizatının fasiləsiz olmasına çalışır. Lakin bəzi hallarda qazın verilişində müvəqqəti fasilələr yaranır. Bu dayanmaların obyektiv və subyektiv səbəbləri mövcuddur. Məsələn, fors-major halları – güclü yağışlar, sel suları və ya digər təbii hadisələr regionlarda qazın müvəqqəti kəsilməsinə səbəb ola bilər. Eyni zamanda, avtomobillərin qaz boru xətlərinə çırpılması nəticəsində boruların zədələnməsi də qazın verilişində fasilələr yaradır”.

Qurum rəsmisi qeyd edib ki, “Azəriqaz” İstehsalat Birliyi qazı topdansatışdan, yəni “Qaz İxrac” İdarəsindən alır:

“Əgər “Qaz İxrac” İdarəsinin boru xətlərində hər hansı problem yaranarsa və bizə lazımi miqdarda qaz verilməzsə, məcburən bəzi ərazilərdə müvəqqəti qaz dayandırılmasına gedirik. Biz də çalışırıq ki, bu dayanmalar lokal xarakter daşısın. “Azəriqaz” İB hansısa təmir işləri görmür ki, onun müqabilində günün müxtəlif saatlarında xüsusilə soyuq havalarda qazın verilişini dayandırsın. Burada bizdən asılı olmayan səbəblər var. Məsələn, istismar olunan boru xətlərində qəflətən sızma aşkar edilərsə, bunun nəticəsini aradan qaldırmaq üçün dərhal həmin hissədə qazın verilişi dayandırılmalıdır. Bu cür hallarda uzun müddət gözləmək mümkün deyil və operativ tədbirlər görülməlidir. “Azəriqaz” İB yalnız zəruri hallarda məcburi qaz fasilələrinə gedir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 14 Fevral 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri