Icma.az
close
up
RU
Son iki ayda platforma operatorlarına qarşı 10 protokol tərtib olunub

Son iki ayda platforma operatorlarına qarşı 10 protokol tərtib olunub

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

"Media haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasında lisenziya alaraq fəaliyyət göstərən multipleks və platforma operatorları retranslyasiya etdikləri xarici televiziya kanallarını yalnız buna hüquq verən sənədləri (müqavilə, razılaşma, icazə, lisenziya və s.) Audiovizual Şuraya təqdim etmək şərtilə retranslyasiya edə bilərlər.

Bu barədə APA-ya Audiovizual Şuradan məlumat verilib.

Son 2 ay ərzində aparılan monitorinqlər nəticəsində "Artkom.Net" MMC, "Boss Group" MMC, "Shakh Telecom" MMC (Shakh TV), "AzəriGlobalServis" QSC (AGS TV), "Eurosel" MMC, "Clip TV" MMC, "Bulud Store" MMC (Bulud TV), "Smart Sistemz Technoloji" MMM (ODTV), "Beeonline" ASC, "Rahat Telecom" MMC, "Global Technology" MMC (Azəri TV) platforma operatorlarının retranslyasiya paketlərində qanunvericiliyin pozulması faktları aşkarlanmış, inzibati xəta haqqında müvafiq protokollar tərtib edilmiş və İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbləri nəzərə alınaraq müvafiq məhkəmələrə göndərilmişdir.

Bugünədək keçirilmiş məhkəmə baxışları nəticəsində "Boss Group" MMC, "Shakh Telecom" MMC (Shakh TV), "AzəriGlobalServis" QSC (AGS TV), "Eurosel" MMC, "Artkom.Net" MMC "Rahat Telecom" MMC, "Smart Sistemz Technoloji" MMM (ODTV) hər biri 5000 manat cərimə olunmuşdur. Digər məhkəmə baxışlarının da yaxın zamanlarda baş tutacağı gözlənilir.

Audiovizual Şura bir daha operatorların nəzərinə çatdırır ki, onların əhaliyə təqdim etdikləri retranslyasiya paketlərinə daxil edilən xarici televiziya kanalları yalnız buna hüquq verən sənədin mövcudluğu halında retranslyasiya oluna bilər. Bu istiqamətdə mütəmadi monitorinqlər həyata keçirilir və nəticələr barədə əhaliyə zəruri məlumatlar təqdim olunacaqdır.

Bu proseslə yanaşı, Audiovizual Şura bir sıra veb-saytlar və sosial media hesabları vasitəsilə əhaliyə pirat olaraq xarici televiziya kanallarının retranslyasiyasını və audiovizual məzmunu təqdim edən resurslara qarşı mübarizəni davam etdirir. Həyata keçirilən zəruri tədbirlərin davamı olaraq 2024-cü il ərzində müvafiq məhkəmə qərarları ilə qeyd olunan istiqamətdə lisenziya almadan, qanunvericiliyə zidd olaraq fəaliyyət göstərən bir sıra İP ünvan və resurslara müraciət məhdudlaşdırılmışdır.

Lakin pirat retranslyasiya xidmətlərinə qarşı mübarizə birdəfəlik olmayıb, digər ölkələrdə olduğu kimi davamlı və mütəmadi xarakter daşımalı, həmçinin bütün cəmiyyət tərəfindən dəstəklənməlidir. Tənzimləyici qurum olaraq Audiovizual Şura əhalini yalnız lisenziya alaraq, qanuni fəaliyyət göstərən audiovizual media subyektlərinin xidmətlərindən istifadə etməyə, audiovizual media sahəsində piratçılığa qarşı həyata keçirilən fəaliyyəti dəstəkləməyə səsləyi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://apa.az
archiveBu xəbər 27 Dekabr 2024 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri