Son iki həftədə Tbilisidə hökumət əleyhinə aksiyalarda 15 Rusiya vətəndaşı saxlanılıb
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Noyabrın 28-dən dekabrın 9-dək Tbilisidə hökumət əleyhinə aksiyalarda 15 Rusiya vətəndaşı saxlanılıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə məlumatı İsveçrənin Gürcüstandakı səfirliyinin Rusiya Federasiyasının maraqları bölməsi yayıb.
“Dekabrın 10-na olan məlumata görə, saxlanılanlardan ikisi hələ də müvəqqəti saxlama təcridxanasında inzibati həbsdədir. Saxlanılanlardan biri 24 saat, 7 nəfər isə 48 saat sonra sərbəst buraxılıb. Saxlanılan 7 nəfərin işi məhkəməyə göndərilib, onlardan 4-ü məhkəmənin qərarı ilə azadlığa buraxılıb. Saxlanılanlar arasında iki nəfərə 10, bir nəfərə 13 sutka müddətinə inzibati həbs cəzası verilib. Onlara verilən cəzanın bitmə tarixləri müvafiq olaraq dekabrın 10, 11 və 13-dür” - deyə məlumatda bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 10 Dekabr 2024 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















