Son sutka ərzində ölkədə 93 cinayətin açılması təmin edilib DİN
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 4 sentyabr, AZƏRTAC
Sentyabrın 3-də ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 36 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 88 nəfər, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər, dələduzluğa görə axtarışda olan 7 nəfər aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 25 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 1,3 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 qumbara, 1 alışdırıcı, 22 tüfəng, 6 patron darağı, 1 mərmi və 253 ədəd müxtəlif çaplı patron aşkar edərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 04 Sentyabr 2026 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















