Icma.az
close
up
RU
Son üç ildə Azərbaycanda 460 dək dövlət qurumunun şəbəkə təhlükəsizliyi “AzStateNet”ə keçirilib

Son üç ildə Azərbaycanda 460 dək dövlət qurumunun şəbəkə təhlükəsizliyi “AzStateNet”ə keçirilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 20 noyabr, AZƏRTAC

Ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi, yerli məhsulların inkişafı və rəqəmsal suverenliyin təmin olunması prioritet istiqamətlərdəndir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) baş idarə rəisinin müavini Tural Məmmədov noyabrın 20-da Bakıda keçirilən “Proxima Cyberday 2025”də bildirib.

Tural Məmmədov deyib ki, son illərdə Azərbaycanda kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən yerli şirkətlərin sayının artması sevindirici haldır. Onun sözlərinə görə, belə şirkətlərin qarşısında duran əsas vəzifələrdən biri yerli məhsulların hazırlanması və ölkənin rəqəmsal suverenliyinin möhkəmləndirilməsidir.

XRİTDX rəsmisi iki gün əvvəl baş vermiş və 9000-dən çox resursun fəaliyyətinə təsir edən kiberinsidentin yalnız “Cloudflare hadisəsi” kimi qiymətləndirilməsinin doğru olmadığını, bunun xüsusən özəl sektorda xarici asılılığın doğurduğu riskləri bir daha göstərdiyini qeyd edib. O vurğulayıb ki, təsirlənən resursların əhəmiyyətli hissəsi media resursları olub və bu, informasiya müharibəsinə hazırlığın təmin edilməsində yerli həllərin vacibliyini bir daha önə çıxarır.

Tural Məmmədov bildirib ki, dövlətin həyata keçirdiyi siyasət nəticəsində lokal mühafizə mexanizmlərinə üstünlük verilir. Son üç ildə 457-dən çox dövlət qurumunun şəbəkə təhlükəsizliyi “AzStateNet” şəbəkəsi üzərinə keçirilməklə lokallaşdırılıb və tam yerli mühafizə təmin edilib.

O əlavə edib ki, ölkədə qlobal internetlə bağlı kəsinti baş verəcəyi təqdirdə belə, bütün dövlət informasiya ehtiyatlarının fəaliyyəti lokal mühitdə tam təmin olunacaq. XRİTDX tərəfindən güc strukturları və kritik infrastruktur üçün təmin edilən xüsusi rabitə və radiorabitə xidmətləri də mobil şəbəkələrdən asılı olmadan işləyir. Həmçinin dövlət qurumlarında tətbiq olunan və vatsapa alternativ kimi təqdim edilən “Teams” platforması xarici asılılığı azaltmağa xidmət edən yerli həllərdən biridir.

XRİTDX rəsmisi “Proxima” kimi şirkətlərin inkişafının ekosistemin güclənməsinə ciddi töhfə verəcəyini bildirib və tədbirdə ilk dəfə özəl sektor tərəfindən genişmiqyaslı yan laboratoriyalar təşkil olunmasını yüksək qiymətləndirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see724

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see205

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see202

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see191

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see166

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see159

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see153

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see144

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see144

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see141

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri