Icma.az
close
up
RU
Son uçuş filminin müəllifi DANIŞDI: Hadisə hər kəs kimi mənə də çox təsir etdi

Son uçuş filminin müəllifi DANIŞDI: Hadisə hər kəs kimi mənə də çox təsir etdi

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Baku TV" 2024-cü ilin dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsi haqqında sənədli film hazırlayıb.

Sənədli filmin rəhbəri, müəllifi və rejissoru Kübra Uygun Sertdağdır.

"Bu hadisə hər kəs kimi mənə də çox təsir etdi. Bir rejissor olaraq qəza ilə bağlı sənədli film çəkmək istədim. Düşündüm ki, qəza anında insanların nələr yaşadığı ilə bağlı film çəkmək lazımdır. Bununla bağlı "Baku TV"yə müraciət etdim. Sağ olsunlar, məni dinlədilər, mənə inandılar. Bu, mənim üçün çox önəmli idi", - deyə Kübra Uygun Sertdağ bildirib.

"J2-8243: Son uçuş" adlı sənədli film ümumilikdə beş hissədən ibarətdir.

Filmdə qəza nəticəsində həyatını itirənlərin, sağ qalanların və onlara yardım edənlərin həyat hekayəsindən bəhs olunur. Ekran işinin "Biri var idi, biri yox" adlı ilk hissəsində təyyarə qəzası zamanı yüksək peşəkarlıq nümayiş etdirərək həyatını itirən baş pilot İqor Kşnyakin, köməkçi pilot Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyevanın ailə üzvləri onlar barəsində xatirələrini bölüşüblər.

"Hər şey yaxşı olacaq" adlanan növbəti hissədə isə ekipaj üzvlərinin yüksək peşəkarlığı sayəsində sağ qalan sərnişinlərin bir qismi və ekipaj üzvü Zülfüqar Əsədov danışıb.

Sənədli filmin üçüncü hissəsi olan "Aktau"da qəzadan dərhal sonra hadisə yerinə gələn qazaxıstanlı köməkçi qrup üzvləri, jurnalistlər və qəza şahidlərinin fikirləri yer alıb.

"Necə oldu?" başlıqlı dördüncü hissədə qəzanın baş verməsindən sonra olan hadisələrin ümumi təfərrüatı və Prezident İlham Əliyevin Rusiya səfərini yarımçıq saxlayaraq ölkəyə qayıtması, dərhal müşavirə keçirməsi və digər detallar barədə məlumat verilib.

Bu bölümdə ekspert və politoloqlar, eləcə də AZAL-ın əməkdaşları qəza barəsində danışıblar. Son bölüm - "Vida"da isə qəzadan sonra həlak olan və sağ qalan ekipaj üzvlərinin Prezident İlham Əliyevin sərəncamı ilə yüksək səviyyədə təltif edilməsi, sağ qalan sərnişinlərə peşəkar tibbi xidmətin göstərilməsi və dövlət qayğısı xüsusilə vurğulanıb.

Ətraflı süjtetdə:

"Son uçuş" filminin müəllifi DANIŞDI: "Hadisə hər kəs kimi mənə də çox təsir etdi"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Aprel 2025 00:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri