Icma.az
close
up
RU
Son vaxtlar artan gizli zənglərə necə cavab verməliyik?

Son vaxtlar artan gizli zənglərə necə cavab verməliyik?

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yəqin ki, bir çox insana gizli zənglər gəlir. Belə naməlum zənglərin gəlməsi istər-istəməz telefon istifadəçilərini narahat edir. Hər kəs bu zəngin kim tərəfindən olunması ilə maraqlanır və həmin adamı müəyyən etməyin yollarını axtarır.  Belə hallarla qarşılaşdıqda nə etməliyik? Gizli zənglərə cavab verməliyik?

News24.az lent.az-a istinadla bildirir ki, araşdırmasına görə naməlum nömrələrdən gələn mesajların ilk növbədə məzmunlarına diqqət edilməlidir. 

Belə mesajlara aldanmaq olmaz. Əks halda qarşı tərəf bizə ziyan verə bilər.

Həmin zənglərin səbəbləri nələrdir? 

Fırıldaqçılıq

Naməlum nömrələrdən gələn zənglərə cavabların tezliyi artdıqca, pulunuzu aldatmaq məqsədi ilə müxtəlif psixoloji üsullardan istifadə edən fırıldaqçılarla qarşılaşma riski artır.

Təəssüf ki, müasir texnologiya elə qurulub ki, zəng dünyanın istənilən yerindən gələ bilər və gələn zəngdə göstərilən nömrə asanlıqla saxtalaşdırıla bilər.

Beləliklə, məsələn, bankdan və ya hüquq-mühafizə orqanlarından zəng alsanız və cavab vermək qərarına gəlsəniz, ekspertlər məlumat üçün digər şəxsə təşəkkür etməyi və zəngin həqiqiliyini yoxlamaq üçün özünüz müvafiq qurumla əlaqə saxlamağı məsləhət görürlər.

Robotlar

Naməlum nömrələrdən gələn zənglərin əksəriyyəti robotlardan gəlir. Onlayn məkanda qəpiklər üçün səsli mesaj yaratmaq imkanı verən bir çox xidmətlər var və spam göndərənlər bu vasitələrdən fəal şəkildə istifadə edirlər. Ola bilsin ki, siz telefonu götürdüyünüz zaman təmsilçi səs sizə öz xidmətlərini və ya məhsullarını təklif edir.

Vicdanlı sahibkarlar nadir hallarda müdaxilə zəngləri vasitəsilə öz bizneslərini reklam etməyə əl atırlar. Çünki fırıldaqçılarla qarşılaşma və ya "arzuolunmaz zənglər" kateqoriyasına düşmə riski var ki, bu da müştərilərin etibarını itirmək riskini artırır.

Gizli zəng etmə

Çox vaxt biz gizli zəngə cavab verməmişdən əvvəl telefonu bağlayırıq. Bu onunla bağlıdır ki, spam və ya fırıldaq üçün nömrələr bazası toplayan vicdansız şəxslər nömrənin etibarlı olub olmadığını yoxlayırlar.

Zəng cavablandırıldıqdan dərhal sonra kəsilirsə, bu, həm də o demək ola bilər ki, təcavüzkarlar nömrənin şəxsə aid olub-olmadığını yoxlayır. Məsələn, cihaz və ya sistemə deyil.

Bəs gizli zəngləri necə təyin edə bilərik?

Bunun üçün 3 yol var.

1. Əgər siz Azercell abonentisinizsə və sizə gizli nömrədən zəng gəlirsə, bu zaman sizə həmin gizli zəngi açmaq üçün Bakcell nömrə lazımdır. Sizin nömrəyə (Azercell-ə) zəng gələn zaman Bakcell nömrə də açıq olmalıdır. Sizə zəng gələ-gələ telefonunuzla **67*055# kodunu yığın. Sonra isə dərhal telefonunuzun NO düyməsini basın. Yəni zəngi söndürün. Bu zaman zəng sizin Bakcell nömrənizə yönlənəcək və Bakcell nömrə olan telefonda gələn zəng açıq görünəcək.

2. İkinci üsul isə ev nömrəsi vasitəsilə gizli zəngi aşkarlamaqdır. Bunun üçün **21*+994 şəhər və ya rayon kodu _Ev nomrəsi #yes yığılır. Qeyd edək ki, ev telefonu nömrə yazan olmalıdır. Bundan sonra sizə gələn zənglər ev telefonuna yönlənəcək. Gələn gizli nömrə isə açıq düşəcək. Yönləndirmədən çıxmaq üçün isə ##002 kodunu yığmaq lazımdır.

3. Sonuncu qaydanın tətbiqi üçün 2 nömrə - Azercell ve Bakcell nömrələr olmalıdır. İlk olaraq Azercell nömrənizi yönləndirirsiniz Bakcell nömrəsinə, hansıki bu nömrəyə gizli nömrə düşməlidir. Sadəcə olaraq nömrəni yönləndirən zaman “nə zaman məşğuldur” parametrini seçməlisiniz. Sonra isə Azercell-ə zəng edib operatorun xəbərdarlığını - “Bu nömrə başqa nömrəyə yönləndirilmişdir. Xahiş edirik gözləyin” sözlərini ləğv etdirmək lazımdır.

Bundan sonra sizə gizli zənglər gələn zaman “odboy” etməklə telefon məşğul göstərir və gələn zəngi Bakcell nömrəsinə yönləndirirsiniz. Nəticədə gizli nömrə aşkarlanmış olur. Qeyd edək ki, istifadə edəcəyiniz hər iki nömrədə zəngimcell olmamalıdır.

Tanımadığınız xarici nömrələrdən gələn mesaj və "email"lərin sırasına “WhatsApp” üzərindən gələn zənglər əlavə olunub. Son günlər telefonuna tanımadığı xarici nömrədən zənglərin gəldiyini dəyən şəxslərin sayı artıb. 

Müxtəlif ölkələrə aid nömrələrdən “Salam, necəsiniz?” yazılaraq və ya “WhatsApp” üzərindən zəng edilərək kiberhücum cəhdləri olduğu qeyd edilir. Bəzən istifadəçilərə “Köməyə ehtiyacım var” deyə sorğular göndərilir. 

Belə zənglərə cavab verildikdə, zəng edən şəxs pul qazanmaq imkanı ilə qarşı tərəfi razı salmağa çalışır. Manipulyasiya uğurlu olarsa, həmin şəxsdən kredit kartı məlumatı tələb olunur. Bu cür fırıldaq üsulları istifadəçilərə maddi ziyan vurmaq riski daşıyır.

Dünyada bu cür xuliqanlıq və kiber cinayətə qarşı mübarizə hələ ki, transmilli xarakter daşıyır. 

Yaranan vəziyyət qarşısında istifadəçilərin ala biləcəyi yeganə tədbir naməlum nömrələri bloklamaqdır. “WhatsApp”da kontaktlarda qeydiyyata alınmayan naməlum nömrələri necə bloklamaq olar?

Bunun üçün: 

1)"WhatsApp"ı açın və yuxarı sağ küncdəki üç nöqtəli işarəyə toxunun. Parametrləri seçin.

2) Növbəti ekranda "Məxfilik" xanasını seçin.

3) İndi məxfilik səhifəsindən "Zənglər" xanasına keçid edin. 

4) Daha sonra naməlum nömrələrdən gələn zəngləri səssiz edin düyməsini seçin.

Belə hallarda 6 mobil applikasiya və ya tətbiq köməyinizə çata bilər

Naməlum nömrədən gələn aramsız zənglər həmişə bezdiricidir və həmin zənglərə cavab vermək həvəsi olmur. Lakin vacib olan zəngi bezdirici zəngdən ayırmağın yolu nədir?

Belə zənglər həm xaricdəki telemarket şirkətlərindən, həm də vacib sayılan abonentdən gələ bilər, belə hallarda zəng edənin kimliyini aşağıdakı mobil applikasiyalar müəyyənləşdirməyə kömək edə bilər.

1) "TrapCall"

Bu applikasiya Apple və Android əməliyyat sistemlərində işlədilə bilər. Applikasiya ABŞ-ın "New Jersey' ştatında yerləşən "TelTech" şirkəti tərəfindən yaradılıb. Bu tətbiqin yüklənməsi pulsuzdur, lakin zəng edənin kimliyinin müəyyən edilməsi üçün ödəniş tələb olunur, bir aya təxminən 5 dollar çıxır.

Zənglərin vacib adamdan gəldiyini necə biləsən?

Bu applikasiya gələn naməlum zənglərin nömrəsini mətn şəklində mesajla göstərir. Eyni zamanda həmin nömrəyə müvafiq ünvan uyğun gələndə bu məlumat mesajda əksini tapır.

Əlavə olaraq arzuolunmaz nömrələrdən ibarət qara siyahıya daxil edilmişlərdən gələn zəngləri də bloklamaq imkanı nəzərdə tutulub. 

2) "TrueCaller"

Bu appliksiyanı yaratmış "True Software Scandinavia AB" İsveç şirkəti bütün dünya üzrə  85 milyon istifadəçisinin olduğunu bildirir. Android, iOS, Blackberry və Windows əməliyyat sistemləri üçün bu applikasiya pulsuzdur. Applikasiyanın xidmətindən vebsayt vasitəsilə də yararlanmaq mümükündür.

Bu applikasiya zəng edənin nömrəsini müəyyən edərək onu bloklaya bilir.

3) "Contactive"

Bu pulsuz applikasiya ispaniyalı İnaki Berenguer tərəfindən yaradılıb. O, 2013-cü ildə Klink adlı start-up şirkətini təsis etdikdən sonra bir neçə il öncə Britaniyanın "ThinkingPhones" şirkətini alıb.

Bu applikasiya naməlum nömrələri müəyyən edə bilir. Proqramın müəllifləri deyir ki, bu applikasiya 600 milyon nömrəni tanıya bilir.

Proqram naməlum zəngin mənbəyinin axtarışını avtomatlaşdırır və nizamlayır.

Hər bir adam axtarış apararaq tanış olmayan nömrə ilə əlaqəli məlumatı internetdən tapa bilər. Müəyyən edilmiş adın vasitəsilə Facebook, Linkedİn, Wikipedia saytlarından əlavə məlumat əldə etmək olar. Bütün bu işi həmin bu applikasiya bir neçə saniyəyə görür.

4) "Track Caller Location"

Bu məhsul "Smartlogic" kompüter proqramları şirkətinin məhsuludur, şirkətin ABŞ və Britaniyada ofisləri var. 2018-ci ilin oktyabr ayından etibarən pulsuz yüklənə bilir. Bu applikasiyadan istifadə etmək üçün internetə bağlanmaq şərt deyil.

Bundan əvvəlki applikasiyaların imkanları ilə yanaşı "Track Caller Location" proqramı zəng GSM mobil şəbəkə sistemi vasitəsilə edildiyi halda zəng edənin coğrafi koordinatını müəyyən etmək imkanına malikdir.

5) "Whoscall"

Bu applikasiya naməlum nömrələrlə bağlı nəhəng məlumat bazasında bir neçə saniyəyə axtarış aparır. Bu pulsuz applikasiyanı yaradan Tayvanın “Gogolook” şirkəti bildirir ki, hər gün 20 milyon zəngi saf-çürük edə bilir və onlardan təxminən yarım milyonu bezdirici zənglərdir.

”Contactive” proqramı kimi bu applikasiya da 600 milyonluq telefon nömrələri bazasında axtarış apara bilir.

Arzuolunmaz nömrə müəyyən edildikdən sonra applikasiya həmin nömrədən zəng və sms-ləri bloklaya bilir.

6) "Whos Calling?"

Bu applikasiyasının müəllifi "BadAix" şirkətidir və onun işi “Whoscall” applikasiyasının işinə bənzəyir. "Whos Calling?" proqramı “WhatsApp” ismarışının müəllifini müəyyən edə bilir.

Eynilə, bu applikasiya "Facebook" mesajların və digər sosial şəbəkələrdən gələn mesajların müəlliflərini müəyyən edə bilir.

Bu proqram arzuolunmayan zəngləri bloklamaq xidmətini təklif edir.

Mobil tətbiq arzuolunmaz telefon nömrələrinin qara siyahısını yaratmaq imkanı verir və beləliklə həmin nömrələrdən zənglərin gəlməsinin qarşısını ala bilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:563
embedMənbə:https://news24.az
archiveBu xəbər 11 Dekabr 2024 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri