“Son zəng” tədbirindən çıxan yeniyetmələr yol polisi ilə yarışdılar; Saxlanıldılar VİDEO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
“Son zəng” tədbirindən sonra yol polisi əməkdaşları ilə yarışan məktəblilər saxlanılıblar.
Avtosfer.az xəbər verir ki, Dağıstanın Maxaçqala şəhərində məktəblərin birindən məzun olan bir neçə yeniyetmə “son zəng” şənliyindən sonra şəhər küçələrində əylənmək qərarına gəliblər.
Belə ki, yeniyetmələrdən biri yaxınından maşın icarəyə götürməsini istəyib. Bundan sonra sükan arxasına keçən 15 yaşlı məzun bir neçə sinif yoldaşı ilə şəhər küçələrində sözün əsil mənasında “şou” göstərib.
Bu arada ərazidə xidmət aparan yol patrul xidməti əməkdaşları məktəbli sürücüyə “Saxla” xəbərdarlığı edib. Polis maşının dayanmasını tələb etsə də, o, sürəti artırıb. Bir müddət davam edən qaçdı-qovdudan sonra yeniyetmələr maşını tərk ediblər, lakin uzağa gedə bilməyiblər və ələ keçiblər.
Onlar polis bölməsinə aparılıb. Yetkinlik yaşına çatmayan uşağın tərbiyəsi ilə bağlı vəzifələri lazımınca yerinə yetirmədiyinə görə 15 yaşlı yeniyetmənin valideynlərinə protokol tərtib edilib. Bundan əlavə, onun yaxınına sürücülük icazəsi olmayan şəxsə avtomobil icarələdiyinə görə də protokol tərtib edilib.
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 29 May 2025 21:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















