Naxçıvan polisi əməliyyat keçirdi Narkotiklə saxlanıldılar Foto+Video
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Naxçıvan Muxtar Respublikasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər müəyyən edilərək saxlanılıblar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, keçirilən əməliyyat tədbirləri zamanı əvvəllər məhkum olunmuş, 50 yaşlı Azadi Babayev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman külli miqdarda heroin aşkar edilərək götürülüb. A.Babayev narkotik vasitəni satış məqsədilə əldə edib saxladığını etiraf edib.
Digər əməliyyat tədbirləri nəticəsində 30 yaşlı Atay Elçin, Sahib Zeynalov və 33 yaşlı Elvin Mehrəliyev də müəyyən edilərək saxlanılıblar. S. Zeynalova məxsus avtomobilə baxış zamanı oradan külli miqdarda metamfetamin aşkarlanaraq götürülüb.
Bundan əlavə, keçirilən növbəti əməliyyat tədbiri ilə əvvəllər məhkum olunmuş, 63 yaşlı Fazil Kərimov da saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı xüsusi qulluqla yetişdirilən 87 ədəd çətənə kolları aşkarlanıb.
Faktlarla bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, istintaq araşdırmaları davam etdirilir.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 01 Noyabr 2025 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















