Icma.az
close
up
RU
Sona 5 tur qala

Sona 5 tur qala

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan futbolunda son illərin ən maraqlı mövsümü başa çatmaq üzrədir. Ölkə Kubokunda finalçılar, liqada da demək  olar, mükafatçılar məlumdur.

Çempionluğun taleyi böyük ölçüdə həll olunub. “Sabah” sona beş tur qalmış ikinci “Qarabağ”ı 13 xal qabaqlayır. Tarixinin ən yaxşı mövsümünü keçirən “bayquşlar” kubokda da finala adlayıb.

“Qarabağ” və “Turan Tovuz” isə müvafiq olaraq iki və üçüncü sırada qərarlaşıb. Mövqelərin dəyişməsi real görünmür.

Dördüncü pillə uğrunda isə “Zirə” və “Neftçi” arasında gərgin mübarizə davam edir. Birincilər kubokda finala vəsiqə qazanıb və titulu qazanacağı halda, Avropa Liqasına “bilet” alacaq.

Turnir cədvəçinin sonuncusu “Karvan-Yevlax” liqanı tərk etməyə ən real namizəddir. Komanda son turlarda qələbə qazanmasına baxmayaraq, potensial pozitiv düşünməyə əsas vermir. 11-ci yer – pley-off zonasında isı mübarizə “Qəbələ” və “Kəpəz” arasındadır. Gəncəlilər xal baxımından öndədir, lakin “Qəbələ”nin döyüşkən oyunu komanda haqda müsbət düşünməyə əsas yaradır.

Sona yaxınlaşdıqca kritik oyunlarda kifayət qədər gərginlik müşahidə olunur. Xüsusilə həlledici oyunlarda verilən yanlış hakim qərarları əsəbləri tarıma çəkir. AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov mübaliğəsiz hər həftə hansısa referinin səhvini etiraf edir. Lakin bir neçə cümlədən ibarət təsdiqləyici fikirlər təsirsiz qalır. Nəticə dəyişmir, bəlkə də, bu səhvlər mövsümün sonunda hansıda komandalar üçün daha çətin situasiya yaradacaq.

Digər məqam isə qərarların sərgilənən yaxşı oyuna zərbə vurmasıdır. Tək bir klub deyil, çempionatda geridə qalan 28 turda hər komandanın lehinə və əleyhinə qərarlar verilib. Hər mövsüm təkrarlanan yanlış qərarlar da futbolun bir parçasıdır. Dünya praktikasında da belədir. Məsələn, son dönəmlərdə İspaniyanın “Barselona” klubu həm La Liqada, həm Çempionlar Liqasında hakimlikdən şikayət edir. İngiltərə Premyer Liqasında “Mançester Yunayted” tez-tez qərarlardan narazılığını bildirir. Eləcə də, digər Avropanın TOP-5 liqalarında. Azərbaycanda da olması anormal hal deyil.

Səhvlər olub və bundan sonra da olacaq. Məsələ yaranan situasiyadan çıxmaq, gündəmi əlavə mövzularla deyil, futbolla məşğul etməkdir.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 24 Aprel 2026 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see232

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see231

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see228

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see224

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see222

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see212

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see211

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see209

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see195

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see193

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see193

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see192

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see192

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see189

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see187

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see185

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see179

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see171

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri