Icma.az
close
up
RU
Sona Əliyeva: Ronen Krausun milli geyimdə ölkəmizə təşrif buyurmasının üç səbəbi var

Sona Əliyeva: Ronen Krausun milli geyimdə ölkəmizə təşrif buyurmasının üç səbəbi var

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrailin Azərbaycandakı yeni səfiri Ronen Kraus Bakıya gəlib.

Bu barədə İsrailin Bakıdakı səfirliyi paylaşım edib.

Paylaşımda İsrail diplomatının Azərbaycana gəlişinin videogörüntüləri yer alıb. Videoda səfir hamını Azərbaycan dilində salamlayır. Həmçinin Ronen Krausun Azərbaycan milli geyimindəki görüntüləri maraqla qarşılanıb.

Qeyd edək ki, ötən gün Krausun öz etimadnaməsini əvvəl Xarici İşlər Nazirliyinə, sonra isə Prezident İlham Əliyevə təqdim edəcəyi bildirilmişdi. Daha sonra, o, Quba rayonunda yəhudilərin yaşadığı Qırmızı qəsəbəyə səfər edəcək.

Xatırladaq ki, 2025-ci il yanvarın 12-də İsrail Xarici İşlər Nazirliyinin Avrasiya şöbəsinin direktoru Ronen Kraus Azərbaycana yeni səfir təyin edilib. R.Kraus Azərbaycandakı səfir vəzifəsində Corc Diki əvəz edib.


Sabiq millət vəkili Sona Əliyeva Sherg.az-a bildirib ki, hazırda İsraillə Azərbaycan arasındakı əlaqələr bu ölkənin qonşu İranla və müttəfiqimiz Türkiyə arasındakı gərginliklərə baxmayaraq, sürətlə inkişaf edir:


"İsrail və Suriya arasındakı gərginlik zamanı Azərbaycan vasitəçi və ev sahibi qismində çıxış etmişdi. Hətta Türkiyə İsrail gərginliyi zamanı Bakı vasitəçi olmuşdu. Üstəlik, indi Tel-Əvivlə Bakı arasında İbrahim sazişlərinin imzalanması gözlənilir.  Doğrudur, Azərbaycan buna tələsmir. Çünki İran və Türkiyə ilə İsrailin münasibətlərinin müsbət irəliləyişini gözləyir. İsrailin Bakıya göndərdiyi yeni diplomatik elçinin Azərbaycan milli geyimində ölkəmizə təşrif buyurmasının üç səbəbi var. Birincisi, İsrail Türkiyə ilə arasındakı gərginliyə vasitəçi olduğuna görə Azərbaycana təşəkkür edir. İkincisi, Suriya düyünün tamamilə çözülməsi üçün Bakıdan Ankara ilə danışıb müsbət nəticə əldə etməsinə eyham vurur. Üçüncüsü, İbrahim sazişlərinin imzalanması üçün milli geyimi geyərək yəhudi-islam dialoqu və sülh mesajı verir. Ümid edirik ki, qarşıdakı dövrdə Azərbaycanın maraqlarından kənarda hər hansı hadisə baş verməyəcək və ölkəmiz regionun barış ocağı kimi qalmağa davam edəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 İyul 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see280

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see278

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see272

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see237

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see224

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see138

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri